Accessibility links

USAİD Azərbaycan üzrə üç layihəni təsdiq edib


USAİD Azərbaycan üzrə üç layihəni təsdiq edib

USAİD Azərbaycan üzrə üç layihəni təsdiq edib

Azərbaycanın müstəqillik dövründə USAİD ölkəyə 300 milyon dollarından artıq maliyyə yardımı və texniki dəstək göstərib

Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan üzrə bir sıra proqramları təsdiq edib.

Təşkilatın məlumatında deyilir ki, proqramlar üç istiqaməti əhatə edir.
Birinci layihə əlverişli daxili işgüzar mühitin yaxşılaşdırılması, daha şəffaf və azad ticarət mühitinin inkişafı və Azərbaycanın kənd təsərrüfatı sektorunda müəyyən olunmuş dəyər zəncirlərinin təkmilləşdirilməsinə yönəlmiş üç illik layihədir. Layihə İqtisadi İnteqrasiya Forumu, Praqma Korporasiyası və ASR Konsaltinq ilə əməkdaşlıq şəraitində Sibley İnternational tərəfindən həyata keçiriləcək.
USAID kənd təsərrüfatına kreditlərin ayrılması da daxil olmaqla, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyə vəsaitlərinə çıxışını artırmaq məqsədilə AccessBank və DəmirBankla 2015-ci ilə qədər davam edəcək partnyorluq qurub. Bu saziş USAİD-nin İnkişaf Kreditləri üzrə Səlahiyyətli Qurumunun (DCA) proqramının bir hissəsidir.
Azərbaycan Yeni Media Proqramı (AYMP) müstəqil xəbər və məlumatların istehsal və istehlak hüququnu artaraq dəstəkləyən mühitdə Azərbaycan vətəndaşları tərəfindən istehsal olunan, yayılan və istehlak olunan xəbərlərin, məlumatların kəmiyyəti və keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş üç illik təşəbbüsdür. Proqram Beynəlxalq Araşdırmalar və Mübadilələr Şurası (İREX) tərəfindən həyata keçiriləcək.
Azərbaycanın müstəqillik dövrü ərzində USAİD ölkənin qurumları və xalqın həyatına müsbət və davamlı dəyişiklikləri gətirmək məqsədilə 300 milyon ABŞ dollarından artıq maliyyə yardımı və texniki dəstək göstərib.

XS
SM
MD
LG