Accessibility links

USAİD-ın Azərbaycanda maliyyələşdirdiyi 1,5 milyon dollarlıq layihənin maliyyə detalları açıqlanıb


USAİD Azərbaycan üzrə üç layihəni təsdiq edib

USAİD Azərbaycan üzrə üç layihəni təsdiq edib

Amerika Beynəlxalq İnkişaf Agentliyi 1,5 milyonluq layihəni Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə reallaşdırır. Layihənin icrasına 2013-cü ilin martında başlanıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsində maliyyə vəsaitlərinin bölüşdürülməsi üzrə detallar açıqlanıb.

APA agentliyinin məlumatına görə, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) və “Konstitusiya” Araşdırmalar Fondu (KAF) ilə birgə həyata keçirilən layihənin icrasına 2013-cü ilin mart ayından başlanılıb.

Layihənin ümumi büdcəsi 1,5 milyon ABŞ dollarıdır. Layihə büdcəsinə əsasən 4 il ərzində VƏHML 274 770 ABŞ dolları həcmində sub-qrant alacaq. KAF-ın 4 il ərzində layihə çərçivəsindəki büdcəsi isə 180 850 ABŞ dolları təşkil edəcək.

Bundan başqa, layihə müddətində yaxın gələcəkdə QHT Koalisiyaların yaradılması və kiçik qrant proqramları vasitəsi ilə QHT-lərin vətəndaşları təmsil etmək bacarıqları gücləndiriləcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyası Koalisiya üzvləri üçün kiçik qrant fondu yaradacaq ki, bu da 200 000 ABŞ dolları məbləğində olacaq.
XS
SM
MD
LG