Accessibility links

Xaçmaz rayonunun (Bakıdan 167 kilometr çimal) Ağyazı-Buduq kəndində USAID və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə tikilmiş yeni idman meydançası istifadəyə verilib.

ABŞ səfirliyi bildirir ki, sakinlər artıq idmanla küçələrdə məşğul olmaq məcburiyyəti qarşısında qalmayacaqlar.

“1200 kənd sakini bu meydançadan faydalana biləcək. Bu, USAID-in dəstəyilə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində təkcə Quba-Xaçmaz regionunda başa çatmış 19-cu icma layihəsidir”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG