Accessibility links

USAİD və Azərbaycan hökuməti İmişlidə kənd məktəbində istilik sistemi qurub


Göbəktala kənd məktəbi
Göbəktala kənd məktəbi

Mayın 25-də İmişli rayonunun (Bakıdan 258 kilometr cənub-qərb) Göbəktala kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kənd məktəbində istilik sisteminin təkmilləşdirilməsi layihəsinin başa çatmasını qeyd edib.

ABŞ səfirliyinin mətbuat üçün məlumatında deyilir ki, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

2000-ci ildə USAID-in dəstəyilə inşa edilmiş Göbəktala kənd məktəbində köhnə istilik vasitələrindən - elektrik və odun sobalarından - istifadə edirdi

EWMI təşkilatının texniki dəstəyi ilə 200-dən çox şagird, 40-a yaxın müəllim heyəti təhlükəsiz və isti tədris mühiti ilə təmin edilib.

Bu layihə Azərbaycanın müxtəlif rayonlarında məktəblərdə istilik sistemini təkmilləşdirmək üçün həyata keçirilmiş dördüncü layihədir. İndiyədək EWMI təşkilatı Azərbaycanın 65 icmasında 100 000-ə yaxın insana fayda verən 75 layihə tamamlayıb. SEDA proqramı vasitəsilə və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə EWMI təşkilatı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət qurumları arasında əməkdaşlığı təşviq edir.

XS
SM
MD
LG