Accessibility links

ABŞ və Azərbaycan Qubanın Qımılqazma kəndinin su təchizatını yaxşılaşdırıb


Qımılqazma kəndinin su təchizatı
Qımılqazma kəndinin su təchizatı

Oktyabrın 11-də Azərbaycan və ABŞ Quba rayonunun (Bakıdan 168 kilometr şimal) Qımılqazma kəndində su təminatını yaxşılaşdıran layihənin başa çatması ilə bağlı tədbir keçirib. Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik”, USAID-in missiya direktoru Mikaela Meredis qeyd edib.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Qımılqazma sakinləri bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni su sisteminin açılışında iştirak edirik”, xanım Meredis deyib.

Bu layihə nəticəsində Qımılqazma kəndinin 500-dən çox sakininin həyat və sanitar şəraiti yaxşılaşacaq ki, bununla da uzun müddətdir mövcud olan texniki su qıtlığı aradan qalxacaq. Eyni zamanda, qadın və uşaqların gündəlik istifadə üçün suyu uzaqda yerləşən quyulardan gətirmək öhdəliyi də aradan qalxacaq. EWMI təşkilatının texniki dəstəyi ilə Qımılqazma icması 15 və 25 tonluq yeni çənlər inşa edib və 850 metr uzunluğunda yeni borular quraşdırıb.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 77 icmasında 120,000-ə yaxın insanın faydalana biləcəyi 87 icma layihəsi həyata keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG