Accessibility links

USAİD-in missiya direktoru Azərbaycan Uşaqlar Birliyində olub


USAID-in missiya direktoru Mikaela Meredis Azərbaycan Uşaqlar Birliyində

USAID-in missiya direktoru Mikaela Meredis Azərbaycan Uşaqlar Birliyində

Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Mikaela Meredis Azərbaycan Uşaqlar Birliyinə (AUB) baş çəkib.

Amerikanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yaydığı məlumata görə, AUB insan alverinin qurbanlarına çevrilən və ya bu cür riskin altına düşən uşaqlara yardım göstərir və onları müdafiə ilə təmin edir.

USAID yerli vətəndaş cəmiyyəti təşkilatları nəzdində fəaliyyət göstərən dörd sığınacağa, AUB daxil olmaqla, texniki və maliyyə yardımı göstərir, habelə qida, məişət əşyaları və gigiyenik əşlayarla təmin edir.

Missiya direktoru AUB direktoru Kamalə Ağazadə ilə görüşərək təşkilatın fəaliyyəti haqqında daha ətraflə məlumat əldə edib və davamlı əməkdaşlığı müzakirə edib.

XS
SM
MD
LG