Accessibility links

Üsama Bin Ladenin öldürülməsindən 2 il ötür [Video]


Bin Ladenin öldürülməsindən 2 il ötür
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Bin Ladenin öldürülməsindən 2 il ötür



2001-ci ilin 11 sentyabr terror aksiyalarından sonra 10 il qaçaq yaşayan Bin Laden Qərb əleyhinə hərəkatın simvoluna çevrilmişdi. Uzunmüddətli axtarışlardan sonra o, pakistanda aşkar edilmişdi. Onun Abbotabad şəhərindəki evi dağıdılıb, gizləndiyi bu evdən əsər əlamət qalmayıb.

Lakin Hacı Məhəmməd Əli kimiləri onu hələ də qəhrəman hesab edir. “O, çox yaxşı insan idi. O, islamın bayrağı idi. İslamın, müsəlmanların gözəl nümunəsi idi. Allah hər bir ürəkdə ona yer versin.”
ABŞ üçün Üsamanı ələ keçirməsi on il sürmüşdü. Axtarış əməliyyatları “Zero Dark Thirty” filmində əksini tapıb.

İslamabadın video mağazalarının heç də hamısı bu filmi satışa çıxarmır. Onlar hökumətin təzyiqindən çəkinir.

Terrorizmlə mübarizə aparan Pakistan rəsmiləri Bin Ladenin ideoloji ruhlandırma simvolu olmasını istəmir. Bu, yazıçı və təhlilçi İmtiyaz Gülün sözləridir. “Bin Ladenin müəyyən insanlar üçün qəhrəman, İslamın və ABŞ əleyhinə Cihadın tərənnümü kimi yenidən vüsət alacağından ehtiyat edilir. Çıxış yolu onun tarixin səhifələrindən silinməsidir.”

Əl-Qaidə və üsyankar islamçılar pakistanlılar arsında populyar deyil. Üsama Bin Ladenin də tez-tez yada salındığını demək olmaz. Lakin təhlilçilər Əfqanıstan müharibəsi və Pakistanın pilotsuz təyyarələrin hücumlarına məruz qalmasının Amerikaya qarşı qəzəbləri daha da dərinləşdirdiyini deyir.

Abbotabadda Bin Ladenin xatirəsindən iz belə qalmasa da, əhali onun adını yaşatmaqdadır. Bin Ladenin qətlindən sonra bu məhəllədə dünyaya gələn 4 uşağa onun adı-Üsama adı verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG