Accessibility links

Üsama bin Ladenin audiosu yayımlanıb


Üsama bin Ladenin audiosu yayımlanıb
Üsama bin Ladenin audiosu yayımlanıb

Əl-Qaida öldürülmüş lideri Üsama bin Ladenin Yaxın Şərqdə vüsət alan nümayişləri alqışlayan audiosunu yayımlayıb. İslamçı veb səhifədə yer alan 12 dəqiqəlik mesajda hesab edilir ki, bin Laden Tunis və Misirdəki üsyanları xüsusi vurğulayaraq dəyişiklik küləyinin bütün müsəlman dünyasına yayılacağından danışıb. O, demokratik qüvvələrin nisbətən az müvəffəq olduqları Liviya, Suriya, Bəhreyn və Yəmən barədə konkret fikir bildirməyib. Dünən çıxan audioyazıda bin Laden nümayişçiləri tiranları məhv etmək üçün şansı əldən verməməyə çağırıb. O, ərəb liderlərini özlərini ilahiləşdirməkdə və mətbuatdan öz hakimiyyətlərini qoruyub saxlamaq üçün istifadə etməkdə təqsirləndirib.

XS
SM
MD
LG