Accessibility links

Üsama Bin Ladenin xanımlarından biri onun öldürüldüyü evdə 5 il yaşadığını deyib


Üsama Bin Ladenin xanımlarından biri onun öldürüldüyü evdə 5 il yaşadığını deyib
Üsama Bin Ladenin xanımlarından biri onun öldürüldüyü evdə 5 il yaşadığını deyib

Pakistanın kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, Üsama Bin Ladenin xanımlarından biri onun öldürüldüyü evdə 5 il yaşadığını deyib. Amal adlı yəmənli bu qadının Bin Ladenin 3 arvadından biri olduğu deyilir. Digərlərinin Pakistanda olub-olmadığı bəlli deyil.

Bununla yanaşı Pakistanın Quetta şəhərində Əl-Qaidə liderinin ölümünə etiraz olaraq aksiya keçirilib. Nümayişçilər ABŞ-ın reydini pisləyib, Amerika əleyhinə şüarlar səsləndirib. Dindarlardan biri deyib ki, Bin Ladenin ölümü minlərlə digər Üsamanı həyata gətirəcək.

XS
SM
MD
LG