Accessibility links

“Uşağını İşə Götür”


USAİD-in işçilərinin uşaqları iş yerində
USAİD-in işçilərinin uşaqları iş yerində

Uşaqlara gələcək haqqında, o cümlədən onların bir gün hansı peşə sahibi olmaq istəyəcəkləri barəsində düşünmək heç vaxt tez deyil. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) bu yaxınlarda işçilərinin uşaqları üçün “Uşağını İşə Götür” adlı tədbir keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yayılna məlumata görə, uşaqlar valideynlərinin işi haqqında öyrənmək şansı əldə edib və “qondarma” Yeni il tədbiri layihəsinin hazırlanmasında bir qrup şəklində iştirak etmək imkanından faydalanıb.

“Uşağını İşə Götür” gününün mənşəyi uşaqları müxtəlif peşələrlə tanış etmək məqsədindən irəli gəlir. Sizinlə “Uşağını İşə Götür” günü haqqında bəzi maraqlı faktlarla diqqətinizə çatdırırıq:

1. Bu tədbir adətən dərs gününə düşməyi planlaşdırılır ki, müəllimlər bu proqramı təşviq edərək uşaqları yeni karyeraları kəşf etməyə həvəsləndirsinlər.

Amerikanın Səsinin işçilərinin uşaqları iş yerində
Amerikanın Səsinin işçilərinin uşaqları iş yerində

2. Hər il ABŞ-da şirkətlərin 37 milyondan çox əməkdaşları “Uşağını İşə Götür” proqramından iştirak edir.


3. Proqramda iştirak edən uşaqlara növbəti gün məktəbdə öz təcrübələri haqqında yazmaq və sinif yoldaşları ilə bölüşmək tövsiyyə olunur.

4. Əgər uşaq öz valideynlərinin peşəsi ilə maraqlanmırsa, o “Uşağını İşə Götür” proqramı üçün öz xala, əmi və ya babalarının sənəti arasında seçim edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG