Accessibility links

Bakıda Azərbaycan-Amerika müdafiə məsləhətləşmələri başlayıb


Amerikanın müdafiə nazirinin köməkçisinin müavini Selesta Uolander ikitərəfli müdafiə məsləhətləşmələri üzrə ABŞ-ın nümayəndə heyətinə rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin ABŞ-ın Avropa komandanı və ABŞ səfirliyinin rəsmiləri daxildir.

Bakıda ABŞ və Azərbaycanın Müdafiə nazirlikləri arasında ikigünlük məsləhətləşmələr başlayıb. ABŞ səfirliyinin məlumatına görə, görüşlər zamanı Pentaqon və Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çeşiddə məsələləri nəzərdən keçirəcək və növbəti il üçün konkret planları müəyyənləşdirəcək.
Amerikanın müdafiə nazirinin köməkçisinin müavini Selesta Uolander ikitərəfli müdafiə məsləhətləşmələri üzrə ABŞ-ın nümayəndə heyətinə rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin ABŞ-ın Avropa komandanı və ABŞ səfirliyinin rəsmiləri daxildir.
Bu il iyunun 7-də ABŞ-ın müdafiə naziri Robert Qeytsin Bakıya səfəri zamanı qeyd etdiyi kimi, Birləşmiş Ştatlar Azərbaycanın regional təhlükəsizlik, o cümlədən Əfqanıstandakı müştərək səylərə dəstək istiqamətində əməkdaşlıq üçün verdiyi töhfələri qiymətləndirir. Səfər zamanı o, ikitərəfli müdafiə məsləhətləşmələrini əməkdaşlıq üzrə təfərrüatlı planları işləmək üçün bir mexanizm kimi xarakterizə edib.

ABŞ Dövlət Katibi Hillari Klinton iyulun 4-də Bakıya səfəri zamanı təhlükəsizlik sahəsində əlaqələrə toxunarkən bildirib: “Əsgərlərimiz Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə dayanıb. Biz, bu mühüm missiyaları davam etdirərkən insanların və hökumətin sadiqliyi və qurbanları dərindən qiymətləndiririk. Prezidentlə bu tərəfdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etdim“.

İkitərəfli müdafiə məsləhətləşmələri Bakı və Vaşinqton arasında növbə ilə ildə bir dəfə keçirilir.



XS
SM
MD
LG