Accessibility links

Azərbaycan alpinistləri Qafqazın mürəkkəb zirvəsi Uşabaya qalxıb [Fotoqalereya]


Azərbaycan alpinist komandası Qafqazın mürəkkəb zirvələrindəni biri Uşbada
Azərbaycan alpinist komandası Qafqazın mürəkkəb zirvələrindəni biri Uşbada

Uşbanın hündürlüyü 4700 metrdir

Firuz Dadaşovun rəhbərliyilə Azərbaycan alpinist komandası (Respublika Alpnist-Turizm Klubu) Qafqazın ən mürəkkəb zirvələrindəni biri Uşbanı (4700 metr) fəth edib.

Ötən il F.Dadaşov gürcü alpinistlərlə birlikdə Cənubi Uşbanı fəth edib.

Bu dəfə, həm də tarixdə ilk dəfə Şimali Uşbanı Azərbaycan komandası fəth edib.

“Zirvəyə qalxma avqustun 16-da səhər saat 4:00-da başlayıb. Zirvəyə saat 15:00-da çatdıq.

Hava tez-tez dəyişirdi və hərəkət etmək çətinləşirdi. Hətta geri dönməyi düşünürdüm. Ancaq geri çəkilmədik və zirvəni fəth etdik. 3900 metrlikdə düşərgəyə artıq qaranlıqda endik”, - F.Dadaşov Turan-ın müxbirilə söhbətində bildirib.

Ondan başqa komandada Andrey Qədimov və Namin Bünyadov (“Gilavar”) olub.

“Bu marşrut klassik sayılsa da əslində çətin yoldur və Azərbaycanda alpinizmə mənfi münasibətə baxmayaraq, bu, bizim idmançıların yüksək nailiyyətidir”, - Azərbaycan alpinizminin veteranı, idman ustalığına namizəd Eldar Cəfərov Turan-a biıdirib.

Qeyd edək ki, Şimali Uşbaya yol Gürcüstan tərəfdən keçir. Dağa yaxınlaşma, iqlimə uyğunlaşma və zirvəyə qalxma 7-10 gün davam edir.

XS
SM
MD
LG