Accessibility links

Azərbaycan Mərkəzi Bankı avqustun 10-na USD/AZN rəsmi məzənnəsini 1,6040 səviyyəsində müəyyən edib. Avqustun 9-da USD/AZN məzənnəsi 1,6005 idi.

Mayın 31-dən etibarən manat dollara nisbətdə 11 qəpikdən çox ucuzlaşıb.

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 11 dəfə üstələyib.

Report agentliyi bildirir ki, banklar hərracda 550 mln. dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə ARDNF-in hərraca çıxardığı 50 mln. dollar tam həcmdə 29 banka satılıb.

XS
SM
MD
LG