Accessibility links

ABŞ-da uşaq böyütmək neçəyə başa gəlir? [Video]


ABŞ-da uşaq böyütmək neçəyə başa gəlir?
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ-da uşaq böyüdülməsi xərcləri olduqca yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyinin hesabatında 2013-cü ildə dünyaya gələn hər bir körpənin 18 yaşına çatdırılması üçün 240 min dollar tələb etdiyi bildirilir. Uşaqların ali təhsillə təmin edilməsi isə bu xərcləri iki dəfə artırır. Növbəti reportajda təkuşaqlı orta sinif amerikalı bir ailənin məsrəflərindən bəhs edilir.

Perulu Eddi Bürd və onun həyat yoldaşı Qabriela beş yaşlı Brendini hədsiz dərəcədə sevir.“Onlar məni güldürür.”

Brendinin atası bütün pullarını ona xərclədiklərini deyir.“Buna hədsiz dərəcədə sevdiyiniz bir insan üçün yatırım kimi baxırıq.”

Xərclər Brendi dünyaya gəlməzdən əvvəl başlayıb.“Uşaq otağı hazırlanmalı, uşaq arabası alınmalı, bir sözlə minlərlə dollar tələb edən bir çox əşya alınmalıdır.”

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir ki, uşaq böyüdülməsində ən çox ev xərc aparır. Daha sonra uşaq bağçası, təhsil və ərzaq. Paltar, nəqliyyat və uşağın əyləncə və fəaliyyətləri də buraya daxildir.

Vaşinqton bölgəsində yaşayanlar orta sinif amerikalılar üçün bu məsrəf az hesab edilimir. “Maddi baxımdan vəziyyətimiz yaxşı deyil. Bir aydan o biri aya zorla çatdırırıq.”

Dünyada ümumiyyətlə uşaq böyütmək xərcləri yüksəkdir.Lakin Norveç, İsveç, Finlyandiya və Avstraliya kimi bəzi ölkələrdə səhiyyə və uşaq baxımı kimi imtiyazlı xidmətlər ailələrə yardım edir.

Bürdslər Qabrielanın işləməməsi ilə uşaq bağçasının xərclərində qənaət edir. Onlar bunun yerinə Brendinin balet və üzgüçülük xərclərini ödəyir. “Biz uşaq ikən velosipedlə şəhərə çıxır, günorta evə qayıdırdıq. İndi vaxt dəyişib,təhlükəli insanların sayı artıb.”

Eddi Brendinin özəl katolik məktəbinə verilməsi ilə xərclərinin artdığını deyir. Onu qızının kollec məsrəfləri qorxudur.“Kollecdə təhsil almaq üçün qızım işləməli olacaq. Ümid edirəm ki, o vaxta qədər kolleclər dəyişsin, təhsilə alternativ imkanlar açılsın.”

Yaşlı valideynlər üçün pensiyaya çıxmaq imkanı da uzaq görünür.“Biz pensiyaya çıxıb, Peruya qayıtmaq istəyirdik. Lakin yığdığımız pulların hamısını qızımıza sərf edirik. ”

Lakin bu ailə hesab edir ki, qızlarına qoyduqları investisiyaya dəyər.

XS
SM
MD
LG