Accessibility links

Reuters xəbər agentliyi ABŞ-da məxfi uşaq bazarı barədə araşdırmaların nəticəsini yayıb. Müxbir Meqan Tuhinin 18 aylıq araşdırması xaricdən övladlığa götürülən uşaqların başqa ailələrə verilməsi ilə bağlıdır. Yenidən qəyyumluq prosesi qanunsuz olsa da, həftədə heç olmasa bir uşağın başqa ailəyə verildiyi aşkarlanıb.

Amerikada uşaqların övladlığının dəyişdirilməsi yalnız məhkəmə qanunu ilə mümkündür. Lakin gizli yerdəyişmə prosesi insanlar arasında notoriat qaydası ilə təsdiqlənmiş tək kağız parçası ilə həyata keçirilir.

Yahoo veb səhifəsində aparılan mübadilənin 5 ildir fəaliyyətdə olduğu üzə çıxarılıb. Hər bir yenidən övladlıq prosesi fərqli olsa da, onları bir fakt eyniləşdirir. Bu da uşaqlardan imtina edən yeni valideynlərin emosional vəziyyətidir .

Belə valideynlərin çoxunun uşaqları daha yaxşı əllərə verdiklərini düşünmələrinə baxmayaraq, bəzi hallarda bu uşaqlar kriminal keçmişə və ya əqli problemlərə malik olan insanların himayəsinə verilir.

Aradırmaların nəticələri xarici ölkələrin rəsmiləri, ABŞ-ın Konqres üzvləri və qəyyumluq şirkətlərinin ciddi narahatlığı ilə qarşılanıb. Onlar bu qanunsuz fəaliyyətə son qoyulacağına vəd verir.
XS
SM
MD
LG