Accessibility links

İnkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları azalmaqdadır


BMT-nin bildirdiyinə görə, inkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları azalmaqdadır.

Əgər 1990-cı ildə 5 yaşından aşağı 12.7 milyon uşaq ölürdüsə, 2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın həyatını itirməsi deməkdir.

İnsanların gündəlik $1-2 dollara yaşadıqları ən yoxsul ölkələrdə əhəmiyyətli azalma baş verib. Statistika indiyədək misli görünməmiş rəqəmlərdə özünü büruzə verir.
Eran Bendavid, Stanford Universiteti

Stanford Universitetinin əhali sağlamlığı üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı gəlirli ölkələrdə malyariya xəstəliyi və izahalın müalicəsi ilə vəziyyət dəyişib.

O, 54 ölkədə keçirilən demoqrafiya və səhiyyə sorğularına rəhbərlik edib. Sorğular 929 min ailədən 1.2 milyon qadın arasında keçirilib.

Bunun nəticəsi olaraq yoxsul ailələrdə doğulan 1000 körpədən 4.3, orta gəlirli ailələrdə 3.36, zəngin ailələrdə isə 2.06 faiz uşağın dünyasını dəyişdiyi məlum olub.

Pakistanda xəstəxana işçiləri yenicə doğulmuş uşaqlara xidmət göstərir.
Pakistanda xəstəxana işçiləri yenicə doğulmuş uşaqlara xidmət göstərir.

Korrupsiya və qanunsuzluq yaşanan ölkələrdə isə uşaqlar arasında ölüm hallarının yüksəldiyi qeydə alınıb.

Eran Bendavidin dediyinə görə, Boko Haramın olduğu Nigeriyada, yardım işçilərinin hücumlara məruz qaldığı Pakistanda insanlar ən adi tibbi xidmətlərdən məhrumdurlar.

İnkişaflar qeydə alınan ölkələr arasında Banqladeş, Boliviya, Fil Dişi Sahili, Misir və Qana yer alır.

XS
SM
MD
LG