Accessibility links

Avropa ittifaqı, ABŞ və digər 20 ölkə uşaqlara qarşı seksual təcavüzlə mübarizə səylərinin gücləndirilməsi qərarına gəlib. Avropa İttifaqının daxili əlaqələr üzrə komissioneri Sisiliya Malmstroem və ABŞ-ın baş prokuroru Erik Holder bu gün Brüsseldə təşkil etdikləri mətbuat konfransında qlobal tərəfdaşlıq proqramının təsis edildiyini bildirib.

Malmstroem deyib ki, təxminlərə görə internetə uşaqlarla seks nümayiş etdirilən 1 milyona yaxın görüntülərə hər il 50 min yeni şəkil əlavə edilir. Holder isə yeni təşəbbüsün daha artıq cinayətkarın məsuliyyətə cəlb edilməsi və seksual istismara məruz qalanlara yardımları nəzərdə tutduğunu deyib.

Qlobal tərəfdaşlıq proqramında iştirak edən ölkələr uşaqlara yardım göstərilməsi ilə yanaşı online imkanlarını məhdudlaşdırmaq və maarifləndirmə proqramlarını artırmaq niyyətindədir.
XS
SM
MD
LG