Accessibility links

Uşaqları bir araya gətirən sirk [Video]


Uşaqları bir araya gətirən sirk
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Uşaqları bir araya gətirən sirk

Trenton Sirk Dəstəsi Nyu Cersidən olan akrobatlar qrupudur. Onlar, 12 və 17 yaş arasın uşaqlara müxtəlif qeyri-adi bacarıqları öyrədirlər. Məsələn, akrobatika, nəlbəkilərin fırladılması və ya birtəkərli velosipedin idarə edilməsi.

ABŞ ərazisində bu cür sosial proqramlar həyata keçirən sirklərin sayı 10-dan çoxdur. Bu təşəbbüs aşağı gəlirli məhəllərdən və imkanlı şəhərətrafı ərazilərdən olan uşaqları bir araya gətirir.

Bu təşəbbüs uşaqlara mənsubiyyət hissi, öz bacarıqlarına əminlik və tanışıqlar qurmaq imkanı verir.

“Biz burada Trentonu əhatə edən müxtəlif icmaların uşaqlarını toplayırıq. Həmin uşaqlar arasında möhkəm münasibətlərin, dostluqların qurulmasına yardımçı olmağa çalışırıq.”

Trenton Sirk Dəstəsi iki il öncə, azgəlirli məhəllərdən olan uşaqlar haqqında mənfi fikirləri aradan qaldırmaq məqsədi ilə yaranıb.

“Bura gələn uşaqların təcrübələrinin əsas hissəsi öyrəndiklərini icra etmələridir. Bizə qoşulandan təxminən iki həftə sonra onların bu işləri rahatlıqla görə biləcəklərini gözləyirik.Ən azından bəzi sadə akrobatik fəndləri etmələri mükün olur. Amma, onlar tezliklə öyrənilər ki, bunları etmək, həm də digər insanlara xoş anlar bəxş etmək, gülümsəmələrinə səbəb olmaq deməkdir. Bununla da bütün icma üçün yaxşı iş görmüş olurlar.”

İştirakçı uşaqlar bunu çox sevir. Onlar üçün bura özlərini təhlükəsizlikdə hiss etdikləri ikinci evdir.

“Mənim evdə və ya məktəbdə problemim olsa, mən onu burada deyə bilərəm. Çünki biz bir ailəyik. Onlar buna görə səninlə zarafatlaşmayacaq, sənə gülməyəcəklər. Əksinə, sənə kömək edəcəklər. ”

“Bura mənim üçün təhlüksəsiz bir məkandır. Küçələrdə olub, müxtəlif hərdən pis, hərdən isə yaxşı şeylərin təsiri altında olmaqdansa, bura gəlib, yalnız yaxşı şeylərin şahidi olmaq, yaxşı işlərin parçası olmaq daha xoşdur. ”

“Bura yeni insanlarla tanış olmağa, müxtəlif insanları tanımağa kömək edir. Burada insanların yaxşı cəhətlərini görməyi öyrənirəm.”

“Onlar bura gələn kimi sirk sənəti vasitəsilə digər uşaqlarla birlikdə işləməyə başlayırlar. İstər aktrobatika, istər kloun sənəti. Onlar burada bir-biri ilə oxşar cəhətlərini kəşf edirlər.”

Bunların müxtəlif kəskinsosial fərqliliklərin mövcud olduğu bir məkanda və zamanda baş verməsi bu təşəbbüsü daha da əhəmiyyətli edir.

XS
SM
MD
LG