Accessibility links

Dünya Kubokunda ABŞ - Sloveniya matçı bərabərə başa çatıb


Dünya Kubokunda ABŞ - Sloveniya matçı bərabərə başa çatıb

Dünya Kubokunda ABŞ - Sloveniya matçı bərabərə başa çatıb

Oyunun ilk hissəsindən sonra Sloveniya yığması 2-0 hesabı ilə irəlidə idi. İkinci hissə başlayan kimi isə ABŞ bir qolun əvəzini çıxa bildi. Landon Donavan fərqləndi. Bərabərlik qoluna isə Bradli imza atdı.

Bu gün Dünya Kubokunda qrupun ikinci raundunun açılış oyununda ABŞ - Sloveniya matçı bərabərə başa çatıb. Yohannesburqdakı Ellis Park stadionunda keçirilən oyunun ilk hissəsindən sonra Sloveniya yığması 2-0 hesabı ilə irəlidə idi. İkinci hissə başlayan kimi isə ABŞ bir qolun əvəzini çıxa bildi. Landon Donavan fərqləndi. Bərabərlik qoluna isə Bradli imza atdı. ABŞ 85-ci dəqiqədə topu qapıdan geçirsə də, oyunun hakimi offsayt olduğunu bildirərək qolu qeydə almadı və matç 2-2 hesabı ilə sona çatdı. İngiltərə ilə Əlcəzair arasında keçirilən Qrupun ikinci oyunu isə heç heçə başa çatıb. Hazırda C qrupuna 4 xalla Sloveniya başçılıq edir. ABŞ komandası 2 xala malikdir. Günün ilk oyununda isə gözləntilərin əksinə olaraq Serbiya komandası almanları 1-0 hesabı ilə məğlub edib.

XS
SM
MD
LG