Accessibility links

Üsyana Qalxmış Ərəb: Mən Kişiyəm!

  • Əsgər Möhsümoğlu

Üsyana Qalxmış Ərəb: Mən Kişiyəm!

Üsyana Qalxmış Ərəb: Mən Kişiyəm!

“Ərəb üsyanlarının kökündə siyasət yox, mövcudiyyət məsələsi dayanır… Bütün bu ərəb rejimləri insanı elementar ləyaqət hissindən məhrum ediblər. İllər boyu ərəblərin azadlıqları əllərindən alınıb və öz potensiallarına çatmaq imkanı yox edilib. Dünya informasiya erasına daxil olduqca ərəblər gördülər ki, onlar təkcə Qərbdən deyil, həm də Çin, Hindistan və Saharaaltı Afrikada yaşayan insanlardan geridə qalırlar,” deyə Thomas Friedman ərəb dünyasını çalxalayan siyasi təlatümün mahiyyətini izah etməyə çalışır.

Liviyada Müəmmər Qəzzafi əleyhinə keçirilən nümayişlərin birində insanlardan biri əlində “Mən kişiyəm!” şüarı tutmuşdu. Müəllifin fikrincə bu sadə şüar ərəblərin onlarla uşaq kimi davranan tiranlardan can doymasını tamlığı ilə əks etdirir. “Mən uşaq deyiləm, kişiyəm. Mənim dəyərim var. Mənim arzularım var. Mən də dünyada başqaları kimi öz hüquqlarımı istəyirəm!” Artıq ərəb dünyasında bir çoxları belə düşünür, məhz buna görə də ərəb üsyanlarını tankların, topların köməyi ilə yatırmaq mümkün deyil.

Ərəb inqilablarını sevinclə qarşılayan Thomas Friedman qarşıda gediləsi yolun uzun və ağrılı olduğunu etiraf edir. O, əmin deyil ki, üsyan nəticəsində dağılan rejimlərin yerini daha yaxşıları və müasirləri tutacaq. Belə ki, hakimiyyətdə olduqları dönəmdə Bəşar Əsəd kimiləri cəmiyyətdə siyasi təşkilatlanmanın, partiya quruculuğunun, sivil cəmiyyətin təşəkkül tapmasının qarşısını hər vəchlə alıblar. Nəticədə meydanda real platformaya sahib olmayan bir ovuc dindar radikal yaxud demaqoq qalıb ki, onlar millətin siyasi gələcəyinə hakim kəsilməyə can atırlar. “Ərəb demokratlarının düşdüyü quyu dərindir, xeyli dərin. Mən onlara uğur diləyirəm!”

XS
SM
MD
LG