Suriyanın şimalındakı üsyançılar bir həftədir ardı-arası kəsilmədən Rusiyanın bombardmanı ilə üzləşirlər. Qurudan hücum edən prezident Bəşər əl-Əsədə sadiq qüvvələrdən qaçan üsyançılar tunellərə sığınıb. Üsyançılardan biri Amerikanın Səsinə döyüş meydanını tərk etmələrinin səbəbləri haqda danışıb.
20 yaşlı Əhməd uzun müddətdir döyüşlərdə iştirak edir. Son dörd gündə Hələb yaxınlığında yerləşən kəndə 400 yaxın hava zərbəsi endirilib. Suriya hökumətinin ardi-arası kəsilməyən təzyiqləri nəticəsində Əhmədlə yanaşı yüzlərlə üsyançı ön cəbhədən çəkilməli olublar.
Əhməd deyir ki, üsyançıların döyüş ruhu xeyli aşağı düşüb. Komandirlər döyüşçülərin ruh yüksəkliyini qaldırmağa çalışır. Yeni Hələb ordusunun qurulması haqda söz-söhbət gəzir. Yeni orduya daha az dindar, əsasən mötədil döyüşçülər cəlb olunacaq.
Hava hücumlarına fasilə verildiyində, bir-birlərindən bir neçə metr uzaqlıqda olan qüvvələr arasında atışmalar başlayır.
İlk gün döyüş asan oldu. İkinci və üçüncü gündən sonra döyüşlər çətinləşdi. Biz çox insan itiridik, dostlarımızı, döyüşçülərimizi.Əhməd
“İlk gün döyüş asan oldu. İkinci və üçüncü gündən sonra döyüşlər çətinləşdi. Biz çox insan itiridik, dostlarımızı, döyüşçülərimizi,” deyə Əhməd bildirir.
Dördüncü gün Rusiya hərbi təyyarələri hər şeyi darmadağın etdilər. O deyir ki, həmin gün ön cəbhədə olub. Hələb şəhərin ətrafındakı kəndlərə 400 yaxın hava hücümu həyata keçirilib.
Əhməd bildirir ki, döyüşçülər və mülki vətəndaşlar tunellərdə gizləniblər. Onlar partlayan bombaların səslərini və istiliyini hiss ediblər. Onlara qarşı raketdən, bombalardan, dəniz və vakuum mərmilərindən istifadə edilib.
Əhməd deyir ki, o və 100 yaxın döyüşçünün ön cəbhəni tərk etməsi ona görə deyil ki, onlar qorxublar. O deyir ki, çoxları Suriyanın dostu olduqlarını iddia edən ABŞ, Qərb və Körfəz ölkələri, hətta öz komandirlərinin onlara xəyanət etdiklərini deyirlər.
Əhməd Azad Suriya Ordusunun, əl-Qaidanın ən-Nüsra qolu kimi islamçı qrupların və digərlərinin fərqli görüşlərini bir kənara qoyub, birləşməli olduqlarını deyir.