Accessibility links

Üsyançılar Misrata şəhəri ətrafındakı mühasirəni yarıblar


Üsyançılar Misrata şəhəri ətrafındakı mühasirəni yarıblar

Üsyançılar Misrata şəhəri ətrafındakı mühasirəni yarıblar

Liviyada üsyançılar qərbi liman şəhəri olan Misratadan paytaxt Tripoliyə doğru irəlilənməyə başlayıblar. İlk dəfədir ki, döyüşçülər Müəmmər Qəzzafiyə sadiq qüvvələrin mühasirəsini yarmağa nail olublar.

Bir neçə üsyançı bölümü cəbhə xəttini Misratanın qərbindən qonşu Ziltan şəhəri yaxınlığına keçiriblər.

Tərəflər arasında qızğın raket və artilleriya atışması baş verib. Üsyançılar hökumət qüvvələrindən aldıqları silahlardan və istehkamları Benqazidən göndərilmiş yeni silahlardan istifadə ediblər.

Lakin ölkənin şərqində neft şəhəri Breqa yaxınlığında Qəzzafiyə sadiq qüvvələr üsyançıları pusquya salaraq 21 nəfəri öldürüblər.

XS
SM
MD
LG