Accessibility links

Üsyançılar Qəzzafi loyalistlərinə əlavə bir həftə vaxt verdilər

  • Amerikanın səsi

Üsyançılar Qəzzafi loyalistlərinə əlavə bir həftə vaxt verdilər

Üsyançılar Qəzzafi loyalistlərinə əlavə bir həftə vaxt verdilər

Liviya üsyançıları sabiq lider Müəmmər Qəzzafinin istehkamlarından biri sayılan Bəni Validi mühasirəyə alıblar. Onlar şəhərə hücum etməyə hazır olduqlarını bildirirlər.

Şənbə günü Milli Keçid Şurası Qəzzafi qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan mülki vətəndaşları öz tərəfinə keçməyə çağıraraq onlardan qisas alınmayacağını bildirib.

Şuranın rəhbəri Mustafa Əbdül Cəlil bildirib ki, onün qüvvələri güclüdür və istənilən şəhərə daxil ola bilərlər, amma onlar qan tökülməsini istəmirlər.

Benqazidə mətbuat konfransı keçirən Cəlil bildirib ki, sabiq hökumət tərəfdarlarının təslim olmaq üçün əlavə bir həftə vaxtı var. O, Sirte və Bəni Validə sığınmış Qəzzafi loyaslitlərini dinc yolla təslim olmağa çağırıb.

Bu arada Türkiyənin Liviyadakı yeni səfiri Əli Kemal Adyın Müəmmər Qəzzafini ədalət məhkəməsinə təslim olmağa çağırıb.

XS
SM
MD
LG