Accessibility links

Üsyançılar Zaviyə şəhərini tutdular

  • Amerikanın səsi

Üsyançılar Zaviyə şəhərini tutdular

Üsyançılar Zaviyə şəhərini tutdular

Müəmmər Qəzzafi ətrafında həlqəni daraldan Liviya üsyançıları strateji qərb şəhəri Zaviyəni ələ keçiriblər.

Zaviyəyə səfər edən müxbirlər xəbər verirlər ki, üsyançılar şəhər mərkəzinə nəzarət edirlər. Şəhərdən şərqdə mövqe tutmuş Qəzzafiyə sadiq qüvvələr Zaviyəni top atəşinə tutmaqda davam edirlər.

Bu həftənin əvvəlində üsyançılar vuruşaraq Zaviyənin mərkəzinə doğru irəliləməyə başladılar. Cümə axşamı onlar Tripolini yanacaqla təchiz edən neft mədənini ələ keçirmişdilər.

Başqa xəbərdə üsyançılar strateji liman şəhəri olan Breqanı tamamilə tutduqlarını xəbər verirlər. Breqanın itirilməsi Qəzzafinin mühüm itkisi kimi qiymətləndirilir.

XS
SM
MD
LG