Accessibility links

Bəyanatda İran Azərbaycanında Çinin Uyğurlarla bağlı siyasətinə qarşı aksiya keçirilməsinə icazə istənilir

Aralarında tanınmış yazarlar, sənətçilər və sabiq siyasi məhbusların da olduğu təqribən 300 güneyli fəal “Uyğur türklərinin üzləşdiyi basqılara dair yayılan dəhşətli xəbərlər”lə bağlı narahatlıqlarını ifadə edərək, rəsmilərdən Çin hakimiyyətinin siyasətlərinə etiraz məqsədi ilə aksiya keçirmək üçün icazə istəyib.

Güneyli fəalların bəyanatı sosial mediada və Günaz TV kimi veb səhifələrdə açıqlanıb.

İran Azərbaycanı və Tehranda yaşayan türk fəallar, o cümlədən, Həsən Dəmirçi, Həsən Raşidi, Abbas Lisani, Əkbər Azad və Əbdüləziz Əzimi Qədimin də imzaladığı bəyanatda İran, Azərbaycan Respublikası və Türkiyə hüquqşünaslarına müraciət edilərək, Uyğurların problemlərinin beynəlxalq məhkəmələrə çıxarılmasına çağırılıb.

“İran İslam Respublikası məsullarından müxtəlif bölgələr, xüsusilə də Azərbaycan şəhərlərində Çin hakimiyyəti tətəfindən tətbiq edilən vəhşi aktlara qarşı etiraz aksiyası keçirmək üçün icazə verilməsini istəyirik,”-deyə güneyli fəalların bəyanatında qeyd edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata istinadən bəyanatın imzalanması İran Azərbaycanının müxtəlif şəhərlərində davam etdirilir.

XS
SM
MD
LG