Accessibility links

Çində uyğurlara qarşı yeni qadağa


Çinin zorakılıqlara səhnə olan Sincan regionunun şəhərlərindən birində uzunsaqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub. Bu, əhalisinin əksəriyyətini müsəlman uyğurlar təşkil edən region sakinlərinin qəzəbinə səbəb olub.

Yeni qadağaya görə hicab və çadra kimi ənənə müsəlman baş örtüklü qadınların da avtobusa minməsinə icazə verilməyəcək. Yeni qaydalar Karamay şəhərində tətbiq edilməyə başlayıb.

Dövlətin nəzarətində olan Karamay Daily bildirib ki, qaydalara yoxlama komandası nəzarət edəcək. Əgər sərnişinlər bu qadağaya əməl etməsə, onlar polisə təhvil veriləcək. Qəzet yazır ki, bu qadağa avqustun 20-də başa çatacaq idman yarışı zamanı təhlükəsizliyi təmin etmək üçün tətbiq edilir.

Etnik uyğurlar onlara qarşı nəzərdə tutulan belə qanunları dini və mədəni ayrıseçkilik hesab edir. Dünya Uyğur Konqresi və Uyğur Amerika Assosiyasiyası daxil olmaqla, mühacirətdə olan uyğur qrupları dərhal bu addımı pisləyərək bildirib ki, yeni qanun yalnız gərginliyin artması ilə nəticələnəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG