Accessibility links

Özbək jurnalist məhkəmənin hökmünü apellyasiya edəcəyini bildirib

  • Amerikanın səsi

Özbək jurnalist məhkəmənin hökmünü apellyasiya edəcəyini bildirib

Özbək jurnalist məhkəmənin hökmünü apellyasiya edəcəyini bildirib

Amerikanın səsinin Özbəkistandakı müxbiri Əbülməlik Babayev məhkəmədə ona qarşı irəli sürülmüş böhtan, təhqir və ictimai təhüləkəsizliyə hədə ittihamlarına görə çıxarılmış hökmü apellyasiya edəcəyini bildirib. O heç bir qeyri-qanuni iş görmədiyini və cümə günü apellyasiyaya müraciət edəcəyini deyib. Daşkənd məhkəməsi keçən ay Babayevə qarşı 10 000 dollar məbləğində cərimə tətbiq etmiş və onu azad etmişdir. Ona qarşı irəli sürülmüş ittihamlarda jurnalistin Amerikanın səsində işi qeyd edilib. Bu ittihamlar əsasında ona səkkiz ilə qədər həbs cəzası verilə bilər. Jurnalist apellyasiyadan sonra işini davam etdirə biləcəyinə ümid etdiyini bildirib. Keçən həftə ABŞ Dövlət katibinin yardımçısı Robert Bleyk Daşkənndə Babayevlə görüşüb.

XS
SM
MD
LG