Accessibility links

ABŞ prokurorluğu Özbəkistan prezidentinin qızı və digərlərini ABŞ-ın tələblərinə məhəl qoymamaqda günahlandırıb.

İttihamnəmədə bildirilir ki, tələb VimpelCom rüşvət qalmaqalı ilə bağlı yüz milyonlarla dollarl vəsaitin İşveçrə bankına qaytarılması ilə əlaqəlidir.

5 telekommunikasiya şirkətinin Kərimovaya Özbəkistanda lisenziya əldə etmək üçün 1 milliard dollar rüşvət ödədiyi müəyyən edilib.

Gülnarə Kərimova fevral ayında 3 bank hesabı ilə əlaqədar mülki müsadirə şikayətlərini cavabsız qoyub. Rəsmilər bu məbləğin 550 milyon dollar təşkil etdiyini bildirir.

AzadlıqRadiosunun bildirdiyinə görə, Kərimovanın offşorda rəhbərlik etdiyi Takilant Ltd, Gibraltar onun yardımçısı Qayane Avakyan və sevgilisi olduğu deyilən Rüstəm Maumarov tərəfindən idarə edilir.

Prokurorluq aprel ayının 21-də Manhattan federal məhkəməsinə müraciət edərək, Kərimova və onunla əlbir olanların fevral qərarına riayət etməsinə dair hökm çıxarmasını istəyib.

​5 telekommunikasiya şirkətinin Kərimovaya Özbəkistanda lisenziya əldə etmək üçün 1 milliard dollar rüşvət ödədiyi müəyyən edilib.

Şirkətlərdən biri VilpelCom Özəbkistan rəsmilərinə rüşvət verdiyini etiraf edərək, 795 million dollarlıq cərimə ödəməyə razılıq verib.

Şirkətlər çirkli pulların yuyulması əməliyyatlarını İsveçrə bankı vasitəsilə həyata keçirib.

ABŞ-ın Ədliyyə Nazirliyi VimpelCom prosesinin Kleptokratiya Vəsaitlərin Qaytarılması Aktı əsasında Amerikada yerləşən qeyri-qanuni vəsaitlərin müsadirə oluması ilə bağlı ən irihəcmli məsələ olduğunu bildirib.

Show comments

XS
SM
MD
LG