Accessibility links

Üzeyir Novruzov "Guinness Dünya Rekordları"na düşüb [Video]


Üzeyir Novruzov "Guinness Dünya Rekordları"na düşüb

Üzeyir Novruzov "Guinness Dünya Rekordları"na düşüb

O, Pekində 20 metrlik nərdivanın üzərində 8 dəqiqəyə yaxın fasiləsiz dayanıb

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan sirk ustası Üzeyir Novruzov "Guinnes"in Dünya Rekordları arasına düşüb. Bunu Üzeyir Novruzovun özü Amerikanın Səsinə təsdiq edib.

Üzeyir Novruzov "Guinness Dünya Rekordları"na düşüb

Üzeyir Novruzov "Guinness Dünya Rekordları"na düşüb

Üzeyir Novruzovun bildirdiyinə görə, dünən Çinin paytaxtı Pekində keçilən mərasimdə onun dünya rekordunu yenilədiyi təsdiqlənib. Sirk ustası bu rekorda 6 metrlik nərdivanın üzərində fasiləsiz 7 dəqiqə 50 saniyə dayanmaqla imza atıb.

Xatırladaq ki, ABŞ və Azərbaycan auditoriyasına America's Got Talent şousuna qatılmaqla təqdim olunan Üzeyir Novruzov göstərdiyi təhlükəli nömrələrlə qısa vaxt ərzində tanınmağa başlamışdı. Şounun yarım finalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində America's Got Talent şousunun finalına çıxa bilmişdi. Finalda zədələri səbəbilə yüksək performans göstərə bilməyən azərbaycanlı Çarli Çaplin milyonlarla izləyicinin rəğbətini qazanmışdı.

Amerikanın Səsi bir neçə ay əvvəl Üzeyir Novruzovla onun dünya rekordunu təzələmək istəyi barədə də müsahibə aparmışdı. O müsahibəni sizə təqdim edirik.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG