Accessibility links

Üzeyir Məmmədli: “İstintaq idarəsinin önündə bizi provokasiyaya çəkmək istəyən mülki geyimlilər var” [Audio]


Üzeyir Məmmədli, N!DA Vətəndaş Hərəkatı

Üzeyir Məmmədli, N!DA Vətəndaş Hərəkatı

“Rəşad Həsənovun vəkili Əsabəli Müstafayev axşam saat 17:00 radələrində Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önünə gəldi və içəri daxil olmaq istəyəndə müstəntiqin burada olmadığını bildirdilər”. Bu sözləri hazırda Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önündə gözləyən N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Üzeyir Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib. Onun sözlərinə görə, daha sonra vəkilin müstəntiqlə danışığından bəlli olub ki, “N!DA” İH-in digər üzvü Rəşad Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Üzeyir Məmmədli hazırda idarənin önündə 50-ə yaxın insanın olduğunu bildirib: “Burada bizi hətta provokasiyaya çəkmək istəyən mülki geyimli şəxslər də var. Biz də o provokasiyalara getməməyə çalışırıq. Burada da təxribat törətmək istəyirlər.”

Gənc fəalın sözlərinə görə, artıq sərbəst buraxılan ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin əməkdaşı Ruslan Əsəd istintaq idarəsində Rəşad Həsənovu görsə də, onunla söhbət etmək imkanı olmayıb. İdarənin qarşısında başqa hansı hadisələrin baş verdiyini öyrənmək istəyirsinizsə, Üzeyir Məmmədlinin Amerikanın Səsinə müsahibəsini dinləyin:

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG