Accessibility links

America's Got Talent şousunun azərbaycanlı Çarli Çaplini [Video]


Üzeyir Novruzov

Üzeyir Novruzov

Üzeyir Novruzov Ermənistandan deportasiya olunan azərbaycanlıdır

Amerikanın məşhur America's Got Talent şousunda azərbaycanlı Üzeyir Novruzov çıxışı ilə auditoriyanı heyran edib. 39 yaşlı Üzeyir Novruzov Las-Veqasda yaşayır.

Üzeyir Novruzov Çarli Çaplinin fanatı olduğu və müxtəlif sirk trüklərini yerinə yetirdiyini bildirib. Onun çıxışını juri ayaq üstə alğışlayıb və növbəti mərhələdə iştirak hüququ qazanıb.


Üzeyir Novruzov və sirk ustaları olan qardaşları Oqtay, Telman və bacısı Elnarə indiki Ermənistan ərazisində, qədim Göyçə mahalının Qaraqoyunlu kəndində (Basarkeçər rayonunun Qaraqoyunlu kəndi, sonradan adlar dəyişdirlib Vardenis rayonunun Əzizli kəndi olub) Ramiz və Zərifə Novruzovların ailəsində dünyaya gəlib.

Ailə 1980-ci illərdə Ermənistanda yaşayan azərbaycanlılar son deportasiya olunanda deportasiyaya məruz qalıb. Novruzovlar ailəsi Krasnodara köçüb. Ailənin 4 uşağı da Krasnodarda sirkdə məşqlərə başlayıb. Sonra Moskvada ali təhsil alıblar.

Əzablı həyat yolu keçən ailənin başçısı Ramiz Novruzov vəfat edib. Hazırda anaları Zərifə Gəncə şəhərində, Gülüstan qəsəbəsində yaşayır. Qardaşlar Oqtay və Telman Almaniyada, Üzeyir və bacısı Elnarə isə Amerikada yaşayır.

XS
SM
MD
LG