Accessibility links

Onun finala çıxacağı istisna edilmir

“America's Got Talent” şousuna azərbaycanlı Çarli Çaplin kimi qatılan Üzeyir Novruzov yarımfinalda nömrəsinin nümayişin sonunda, ən çətin anda müvazinətini saxlaya bilməyib, yıxılıb.


Ona əvvəlki vərdişləri kömək edib və 6 metr hündürlüyü olan nərdivan boyu sürüşə bilib, xəsarət almayıb.

Sosial şəbəkələrdə insanlar yazır ki, Üzeyir Novruzovun yıxılması və xəsarət almaması onun nə qədər təhlükəli hərəkət etdiyini və nə qədər yüksək təcrübəli usta olduğunu göstərir.

Rəylərdə Uzeyir Novruzovun finala çıxacağına böyük inam nümayiş etdirilir və insanları ona səs verməyə çağırırlar.

Bir neçə həftə öncə Amerikanın Səsinin Azərbaycan xidməti Üzeyir Novruzovla Nyu Yorkda görüşüb və onunla Amerikadakı uğurları haqda ətraflı müsahibə keçirib. "Amerikana" rubrikasında hazırlanmış aşağıdakı videoda Üzeyir öz həyat yolu və Azərbycanla bağlılığı haqda danışır:

Show comments

XS
SM
MD
LG