Accessibility links

Azərbaycanlı Çarli Çaplin Amerikanın populyar şousunun finalına yüksəlib [Video]


Uzeyir Novruzov (Foto Uzeyir Novruzovun Facebook səhifəsindən götürülüb)

Uzeyir Novruzov (Foto Uzeyir Novruzovun Facebook səhifəsindən götürülüb)

Uzeyir Novruzov tamaşaçıların səsverməsi nəticəsində seçilib

Amerikanın populyar “America's Got Talent” şousuna Azərbaycanlı Çarli Çaplin kimi qatılan Üzeyir Novruzov finala yüksəlib.

O yarımfinalda nömrəsinin nümayişinin sonunda, ən çətin anda müvazinətini saxlaya bilməyib, yıxılıb. Ona əvvəlki vərdişləri kömək edib və 6 metr hündürlüyü olan nərdivan boyu sürüşə bilib, xəsarət almayıb.

Bütün bunlara baxmayaraq Uzeyir Novruzov seyrçilərin səsverməsi nəticəsində finala çıxıb.

Sosial şəbəkələrdə insanlar yazır ki, Üzeyir Novruzovun yıxılması və xəsarət almaması onun nə qədər təhlükəli hərəkət etdiyini və nə qədər yüksək təcrübəli usta olduğunu göstərir.

Bir neçə həftə öncə Amerikanın Səsinin Azərbaycan xidməti Üzeyir Novruzovla Nyu Yorkda görüşüb və onunla Amerikadakı uğurları haqda ətraflı müsahibə keçirib. "Amerikana" rubrikasında hazırlanmış aşağıdakı videoda Üzeyir öz həyat yolu və Azərbycanla bağlılığı haqda danışır:

XS
SM
MD
LG