Accessibility links

Siqaret böyrək xərçəngi riskini artırır


Siqaret böyrək xərçəngi riskini artırır
Siqaret böyrək xərçəngi riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatı siqaretin sağlamlığa artan təhlükə olduğunu deyir

Son araşdırmalar göstərir ki, uzun müddət siqaret çəkənlərin müxtəlif xəstəliklərə tutulması riski çoxdur. Bunlardan biri də böyrək xərcəngidir.

Ümumdünya Səhiyyə Təşkilatı siqaretin dünya boyu sağlamlığa artan təhlükə olduğunu deyir. Təşkilatın hesablamalarına görə hər il 7 milyon, demək olar ki, hər 10 nəfərdən biri siqaret səbəbindən əmələ gələn xəstəliklədrən dünyasını dəyişir. Təşkilat eləcə də bildirir ki, hal-hazırda dünyada siqaret çəkənlərin yarısı tütünün səbəb olduğu xəstəliklərdən öləcək.

Siqaret çəkmək əsasən ürək xəstəliklərinə və ağ ciyər xərçənginə səbəb olur. Dyuk Universitetinin Xərçəng İnstitutundan doctor Tomas Polasik deyir ki, siqaret tüstüsü ağ ciyərdən qana keçir, bundan sonra isə birbaşa böyrəklərə təsir edir və bu da böyrəkdə şiş əmələ gətirir. “Böyrəkdə ağrı hiss edənə və ya sidikdə qan görənə qədər təəssüflər olsun ki, bəziləri buna məhəl qoymur”-deyə, doktor Polasik bildirir.

Bəziləri təcili yardım şöbəsinə kəskin ağrılar və ya sidikdə qan olanda gəlir və onları müayinə edərkən şiş aşkar edilir.

Bundan əvvəlki araşdırmalarda tütünün böyrək xərçənginə səbəb olduğu deyilsə də, Dyuk Universiteti böyrəyində cərahiyyə əməliyyatı olmuş 800 nəfərdən çox insanın xəstəlik tarixini yoxlamış və nəticələrin daha ciddi olduğunu aşkar etmişdir. Doktor Polasik böyrək xərçəngi olan insanların üç qrupa bölündüyünü deyir. Bunlardan biri siqaret çəkənlər, ikincisi vaxtilə siqaret çəkənlər, üçüncüsü isə heç vaxt siqaret çəkməyənlərdir. İnkişaf etmiş böyrək xərçəngi riski iki faktora əsaslanır: gündə nə qədər siqaret çəkilib və hansı müddətə.

Doktor Tomas Polasik 10 ildən çox siqaret çəkənlərdə xəstəlik riskinin cəmi 6 faiz, 10 illə 20 il arasında çəkənlərdə 45 faiz, 30-40 il çəkənlərdə isə xəstəlik riskinin 80 faiz olduğunu deyir.

Lakin uzun illərdir siqaret atan və ya heç vaxt siqaret çəkməyənlərin böyrək xərçəngi riski nə dədcədədir? Doktor POlasik 20-30 il bundan əvvəl siqareti atanlarla siqaret çəkməyənlər arasında fərqin cüzi olduğunu deyir.

Həkimlər təcili olaraq siqareti tərgitməyi tövsiyə edirlər. Onlar deyirlər ki, siqaret nə qədər tez atılsa, xilas olma şansları bir o qədər çox olar.

XS
SM
MD
LG