Accessibility links

102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri


Mabel Sawhill
Mabel Sawhill

Yaşı 100-dən çox olan insanlar hazırda planetdə sayı ən çox artan qruplardan biridir. Dünya ölkələri ilə müqayisədə ən uzun ömürlü insanlar Birləşmiş Ştatlarda yaşayır. Ölkədə uzun ömürlülərin sayı 50 mindən artıqdır. Uzun ömür sürmək hazırda əvvəllərlə müqayisədə daha adi hal alsa da, sağlam və aktiv həyat tərzini davam etdirərək ikinci əsrə daxil olmaq o qədər də asan deiyl.

Amerikanın Səsi 1913-cü ildə anadan olmuş Mabel Souhillə görüşüb. O, sağlam həyat tərzi sürməklə yaşlanma haqda demək olar bütün stereotipləri dəyişə bilib.

Mabel Souhil həftə ərzində Vaşinqton yaxınlığındakı Bethesda Qadınlar Klubunda uzun illərdir tanıdığı müştəriləri ilə nahar edir. 102 yaşlı qadın on illərdir Vaşinqtonda ictimai iaşə xidmətində çalışaraq, yemək çatdırmaq biznesi ilə məşğul olur.

“İllər ərzindən mən toy ziyafətləri, kilsələrdə nahar yeməyi, məktəblər, qadın klubları və yas mərasimlərinə yemək çatdırmışam”-deyə o bildirib.

Mabel Souh1913-cü ildə Ayova ştatının Vinterset şəhərindən anadan olub. Məktəbi bitirdikdən sonra o, İkinci Dünya müharibəsi dövrü ali məktəbə daxil olub və özünün dediyi kimi vətənpərlik hissləri onu paytaxt Vaşinqtona gətirib.

Vətənpərvərlik

“Hamı ölkə üçün nəsə edirdi. Mən də fikirləşdim ki, bəlkə məktəbdə dərs deyim və müharibə dövrü bir köməklik göstərim”-deyə o, Amerikanın Səsinə bildirib.

Beləliklə, gənc Mabel Souhil Hərbi Dəniz Qüvvələri departamentində işə düzəlib və eyni zamanda, xəstə qohumların uşaqlarına yardım göstərmək məqsədilə yemək çatıdırılması xidmətinə başlayıb.

“Onların anası da, atası da kar idi. Mən əldə etdiyim qazancla onların məktəbə getməsi üçün pul ödəyə bilirdim”-deyə o bildirib.

1983-cü ildə təqaüdə çıxandan sonra Mabel Souhil bütün vaxtını öz biznesinə sərf etməyə başlayıb.

“Mən xalq adamıyam. Bilirəm ki, bu, Tanrının mənə verdiyi bir hədiyyədir. İnsanlara onların zövqünü oxşayacaq yemək hazırlamaqdan başqa daha yaxşı nə ola bildiyini düşünmürəm”-deyə o bildirib.

Mabel Souhil İkinci Dünya müharibəsi dövründən hazırlamağa başladığı bəzi reseptlərini xüsusi qeyd edir.

102 yaşlı qadın nə gözlük taxır, nə də əsa gəzdidir.

“Onar görə ki mən işləyirəm, bütün gün hərəkətdəyəm və idman edirəm. Mən ərzağı da özüm alıram və özüm daşıyıram”-deyə Sohill izah edib.

100 illik yubiley

Mabel Souhilin 100 yaşı kilsədə çox sayda insanın iştirakı ilə qeyd edilib. Hədiyyə almaq əvəzinə o başqaları üçün nəsə etmək istədiyini deyib.

“Mən Birləşmiş Ştatlarda karlar üçün Qolladet kollecinə maliyyə verilməsini istədim ki kimsə təhsil ala bilsin”-deyə o bildirib.

Təhsil fondu üçün beləliklə 30 min dollardan artıq vəsait toplanıb.

Mabel Souhil heç vaxt evli olmayıb. O, müstəqil olmaq istəiyini və eyni ritmdə həyatını davam etdirmək istədiyini deyib.

“Mənim enerjim çoxdur və mən ondan istifadə etməliyəm. Təqaüdə çıxmaq planım yoxdur. Tanrı məni evə aparmaq istəsə, onda dayanacam”-deyə Mabel Souhil Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG