Accessibility links

ABŞ paytaxtının simvollarından biri olan Corc Vaşınqton abidəsi zəlzələ nəticəsində zədələndikdən üç il sonra təmir edilərək, yenidən ziyarətçilər və turistlər üçün açılıb.

ABŞ-ın birinci prezidenti olmuş Corc Vaşınqtonun şərəfinə ucaldılmış 169 metr hündürlüyündə daş abidə bir zamanlar dünyanın ən hündür tikilisi hesab edilirdi. 130 yaşı olan abidə üç il əvvəl zəlzələdən sonra 33 ay müddətinə təmir üçün bağlanmışdı.

Abidənin ən yuxarı hissəsində yeni eksponatlar yerlışdirilib. Buraya liftlə qalxan ziyarətçilər paytaxt Vaşınqtonun ən yüksək zirvəsindən şəhəri seyr etmək imkanı əldə edir.

2011-ci ildə ABŞ-ın şərq sahil bölgələrində bu region uçün çox nadir olan zəlzələ baş vermişdi.

Zəlzələ nəticəsində Vaşınqtonun Milli Kafedralı da ciddi zədələnmiıdir.
XS
SM
MD
LG