Accessibility links

Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”


Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”

Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”

Keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.

Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.

Dilşad Əliyarlı: Vəfa müəllim, Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüş oldu. Rusiya prezidentinin vasitəçilik etdiyi Kazan görüşündən öncə münaqişənin həlli istiqamətində diplomatik fəallıq müşahidə edilmişdi. Lakin bu dəfə də görüş nəticə əldə olunmadan keçdi. Bunun əsas səbəbini nə ilə izah edirsiniz?

Vəfa Quluzadə: Artıq 18 ildir danışıqlar gedir, hər dəfə də uğursuz. Putinin iştirakı ilə də uğursuz idi, Medvedevin də iştirakı ilə uğursuz keçir. Səbəb ondan ibarətdir ki, Rusiya maraqlıdır ki, bu münaqişə nə hərb, nə sülh vəziyyətində qalsln və Azərbaycan və Ermənistan Rusiyadan asılı vəziyyətdə olsun, Qərbə, NATO-ya inteqrasiya etməsin. Bu, Rusiyanın mövqeyidir. Ancaq bizi Amerikanın və Fransanın da mövqeləri təəccübləndirir. Əgər Amerika və Fransa təcavüzkarı barmaqla göstərməsə, belə olanda Azərbaycanda Amerikanın demokratiyasına şübhə ilə yanaşırlar. Məgər Amerika ədalətli mövqe tutaraq, deyə bilməzmi ki, qurtarın bu işğalı. İki deportasiya olub, Stalin deportasiyası, Qorbaçov deportasiyası, sonra da Dağlıq Qarabağda və yeddi rayonda etnik təmizləmə. Bu necə olur ki, dünyada liderlik edən Amerika bir tədbir görmür. Nə qədər ki bu belə gedəcək, Qərb də, Rusiya da deyəcək ki, bu iki ölkə özü danışsın bir razılığa gəlsin heç bir şey əldə olunmayacaq. Ona görə Kazan görüşündə də bir nəticə olmayıb, Soçi görüşündə də, Sank-Peterburqda , Moskvada da, ondan əvvəlki görüşlərdə də. Heydər Əliyevin də görüşlərində heç nə olmayıb. Mən Heydər Əliyevi təmsil edirdim, Jerar Lebaridyan da prezident Ter-Petrosyanın müşaviri idi. Bizim danışıqlardan da bir nəticə əldə olmayıb. Çenki Jerar Lebaridiyan Moskvanın verdiyi mövqelərdə dayanmışdı. Ən sərt şərtlər irəli sürülmüşdü: müstəqillik, Kəlbəcərə də təmanna, Laşına da təmənna. Belə danışıq olar.

SUAL: ABŞ, Fransa və Rusiya Madrid prinsiplərinin qəbul olunmasına çağırır. Madrid prinsiplərində əsas mübahisə doğuran məsələ nədir?

CAVAB: Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edir. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək lazımdır. Amma erməni tərəfi deyir ki, Azərbaycan Dağlıq Qarabağa müstəqillik versin;“Biz Dağlıq Qarabağı Ermənistana calaşdırmışıq, daha Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”. Bu mövqeyi heç tənqid edən yoxdur. Tənqid edən yoxdur ki, nə Kəlbəcərə, nə Laçına, nə də Dağlıq Qarabağa təmənnanız ola bilməz. Bütün məsələlər bundadır. Mən Kazan görüşündən əvvəl demişdim ki, heç bir şey olmacayacaq.Bütün görüşlərdən əvvəl bunu demişdim.

SUAL: Vəfa müəllim, ən yaxşı halda razılıq əldə edilsə, proses nə qədər davam edə bilər?

CAVAB: Fələstin prosesi 60 ildən çoxdur gedir. Mindən artıq BMT-nin qərarları var. Biz 18 ildir danışıq aparırıq, onlar 60 ildən çox. Əgər dünya bu cür qalsa. Amma dünyada da proseslər gedir. Dünyanın üzü dəyişəcək, əbədi belə qalmayacaq.

SUAL: Siz özünüz danışqlar prosesində iştirak etmisiniz. Proses necə gedir? Danışıqlar necə aparılır.

CAVAB: Prezidentlər təkbətək danışıq aparır və orada prezidentlərin inanılmış adamları ola bilər. Mən orada idim, erməni tərəfdən Jerar Lebaridiyan. Ümumi danışıqda ortalıqda heç bir şey olmur. Mən Heydər Əliyevi təmsil edirdim, onun adından danışıq aparırdım, Lebaridyan Levon Ter-Petrosyanı təmsil edirdi. Köçaryanla da danışıqlar elə oldu. Heydər Əliyev Köçaryanla təkbətək danışıq aparırdı, danışıqlar qurtarandan sonra mənimlə müzakirə edirdi. Demək istəyirəm ki, bu prosesdə uğur iki dəfə yaxın idi. Birinci dəfə Levon Ter-Petrosyan təklif edəndə: “Gəlin mərhələli sülhə razılıq verək, biz yedi rayonu boşaldırıq, Dağlıq Qrabağın statusi qalır gələcəyə, əlaqələrimizi inkişaf etdiririk”, Heydər Əliyev buna razılıq verdi. İkinci dəfə də 1999-cu ildə İstanbul sammitində. Heydər Əliyev və Robert Köçaryan Cenevrədə danışıqlar nəticəsində ümumi razılığa gəldilər. Sonra Ermənistan parlamentində gülləbaran oldu. İnanmıram ki, bundan sonra orada sülhə qədəm qoymağa cəsarət edən olsun.

SUAL: Amerikadan gözləntiləriniz nədir?

CAVAB: Amerika öz liderləriyi möhkəm tutub, möhkəm aparsın. Liviyada əməliyyat aparırsa, bizi də düşünsün. Bizim bir milyon qaçqınımız nə etsin. Elə düşünməyin ki, onların hamısı məskinlaşın. Onlar bazarlarda, küçələrdə, düşərgələrdədir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG