Accessibility links

Vahid Əhmədov: Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək [Video-Müsahibə]


Vahid Əhmədov: Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək
please wait

No media source currently available

0:00 0:05:02 0:00

Vahid Əhmədov: Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək

Milli Məclisin deputatı Vahid Əhmədovun Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində "yumşaq məzənnə" siyasəti, manatın ucuzlaşmasının səbəbləri, devalvasiya riski, iqtisadiyyatın dollarlaşmasının fəsadlarından danışıb.

Amerikanın Səsi : Dünya bazarında neftin qiyməti qalxır, amma Azərbaycanda manat ucuzlaşmaqda davam edir. Azərbaycanın valyuta bazarının dünyadakı bu tendensiyaya reaksiya verməməsinin səbəbi nədir?

Mərkəzi Bankın ehtiyatları çox yüksək olmadığı üçün manatın məzənnəsinə çox ciddi təsir göstərmir. İstəyirlər ki həqiqətən də müəyyən müddətdən sonra manat özünün həqiqi bazar qiymətini alsın.

Vahid Əhmədov: Birincisi, Azəbaycanın milli valyutası hələlik özünün bazar qiymətini almayıb. Ona görə də Mərkəzi Bank məcburdur ki, manatı qoruyub saxlamaq üçün müəyyən qədər valyuta bazarına müdaxilə etsin. Yəni, əlavə vəsait maliyyə bazarına buraxsın ki, manatı müəyyən qədər qoruyub saxlasın. Hal-hazırda neftin qiymətində müəyyən qədər artım hiss olunur. Haradasa 40 dolları artıq keçib. Amma, hələlik Mərkəzi Bankın ehtiyatları çox yüksək olmadığı üçün manatın məzənnəsinə çox ciddi təsir göstərmir. İstəyirlər ki, həqiqətən də müəyyən müddətdən sonra manat özünün həqiqi bazar qiymətini alsın. Yəqin bu, uzun müddət davam edəcək. Mərkəzi Bank manatın məzənnəsinin qoruyub saxlanılması üçün valyuta bazarına müdaxilə etməyəcək. Fikir verirsinizsə, manatın məzənnəsində artımalar var. Yəni manatın dəyəri ucuzlaşır. 1 dollar 1.55 manat idi, bu günə olan məzənnə isə 1.63-dür.

Mən belə hesab edirəm ki, bu, düzgün siyasətdir. Çünki gec-tez manat özünün bazar dəyərini almalıdır ki, bilək ki, manatın dəyəri nə qədərdir.

Amerikanın səsi: Yaxın zamanda dollar-manat məzənnəsini necə proqnozlaşdırmaq olar? Üzən məzənnə siyasətinə bazar niyə reaksiya vermir? Sərt devalvasiya potensialı gündəmdə qalırmı, yoxsa hökumət daha buna getməyə risk etməz?

Mən inanmıram ki, Azərbaycanda sərt devalvasiya yenidən həyata keçirilsin.

Vahid Əhmədov: Mən inanmıram ki, Azərbaycanda sərt devalvasiya yenidən həyata keçirilsin. Üzən məzənnə siyasətinə reaksiya verməməkdə, bayaq mən qeyd etdiyim kimi, Azərbaycanın Mərkəzi Bankı ola bilər Azərbaycan hökuməti ilə razılaşsın. Deməli elə qərara gəlirlər ki, manat bazar qiymətini gəlib almalıdır gec-tez. Ona da əlavə vəsait xərcləmək istəmirlər. Ona görə də hesab edirəm ki, neftin qiyməti artdıqca manat müəyyən qədər ucuzlaşsa da bazar qiymətinə gəlib çıxacaq. Ona görə də mən sərt devalvasiyaya ehtiyac görmürəm.

Amerikanın səsi : İqtisadiyyatın kəskin dollarlaşmasının fəsadları nə ola bilər və bu proses nə vaxt, hansı tədbirlərlə dayandlırıla bilər?

Bu, yaxşı amil deyil. Çünki Azərbaycanın milli valyutasına etibarlılığı biz təmin etməliyik.

Vahid Əhmədov: Bu, yaxşı amil deyil. Çünki Azərbaycanın milli valyutasına etibarlılığı biz təmin etməliyik. Əgər Azərbaycanın milli valyutasına etibarlığı təmin edə bilməsək, dollarlaşma prosesi gedərsə bu həm Azərbaycanın milli valyutası üçün , həm də maliyyə bazarı üçün çox böyük risk gətirib çıxarar.

Ona görə də, bildiyiniz kimi cənab prezidentin fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Müəyyən qədər Mərkəzi Bankla bu Palata arasında funksiyalar dəqiqləşdirilib. Artıq qərarlar, qanunlar, fərmanlar bununla əlaqədar verilib. Manatın qorunub saxlanılması, əhalinin manata etibarlılığının artırılması üçün biz "Əmanətlərin tam sığortalanması haqqında" bir qanun da qəbul elədik. Buna müəyyən vaxt lazımdır ki, necə deyərlər əhalinin banklara etibarlığı artsın ki, insanlar daha çox depozit yatıra bilsinlər.

Amerikanın Səsi: Çox təbiidir ki, böhran zamanı maliyyə, iqtisadiyyat nazirlikləri və Mərkəzi Bank arasında bir sağlam qarşıdurma yaşanır. Mlaiyyə Nazirliyi büdcəni qoruyur, İqtisadiyyat Nazirliyi iqtisadi artımı məqsəd qoyur, Mərkəzi Bank isə infilyasiyanın qarşısını almağa çalışır. Azərbaycanda bu rəqabət mühiti necə nizamlanır?

Əlbəttə hal-hazırda Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar, ola bilər ki, Mərkəzi Bankla Palata arasında müəyyən fikir ayrılıqları olsun.

Vahid Əhmədov: Ümumiyyətlə, fikir verirsizinsə, son vaxtlar müəyyən qədər dünya iqtisadiyyatında, o cümlədən Azərbaycan iqtisadiyyatında ciddi problemlər olsa da bu üç qurum arasında müəyyən razılaşmalar əldə olunub. Misal üçün infilyasiyanın həddi 2015-ci ildə 4 % səviyyəsində qorunub saxlanıldı. Dövlət büdcəsində müəyyən ciddi problemlər yaranmadı. İqtisadiyyat Nazirliyində müəyyən artım var, misal üçün Ümumi Daxili Məhsulda (ÜDM) hardasa 1 faiz də olsa, müəyyən artım oldu. Sənaye məhsulu artımı 8% yaxın oldu.Yəni, müəyyən qədər uzlaşma prosesi gedir. Əlbəttə, hal-hazırda Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar, ola bilər ki, Mərkəzi Bankla Palata arasında müəyyən fikir ayrılıqları olsun. Amma müəyyən qədər vaxt lazımdır ki, real həyatı nəzərə alaraq ciddi problemlər yaranmasın.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG