Accessibility links

Vahid Qarabağlı: Farsdilli media Kuroş Günü tədbirindəki nifrət ədəbiyyatını görməzdən gəldi [Audio-Müsahibə]


Vahid Qarabağlı

Vahid Qarabağlı

Vahid Qarabağlı Ariyaçılıq (Ariyanizm) ideyasının 60 ildir Avropada etibarını itirdiyinə rəğmən hələ də İran toplumunun gündəmində olduğunu deyir. Kanadada yaşayan fəal Amerikanın Səsinə müsahibədə İran millətçilərinin keçən həftə qeyd etdiyi ‘Kuroş Günü’nün mahiyyətini şərh etmiş və bu olayın qeyri-fars toplumlar üçün nə anlama gəldiyini açıqlamışdır. O, Şiraz şəhərinin yaxınlığında yerləşən və İran millətçilərinin Şah Kirin (Kuroş) məqbərəsi kimi tanıdığı Pasarqadda səsləndirilən irqçi şüarların təhlükəli olduğunu önə çəkərək, bu təhlükənin ciddiyə alınmasının gərəkli olduğunu vurğulayır.

İran millətçiləri oktyabr ayının 29-nu Böyük Kuroş Günü adlandırır. Bu ideya prezident Əhmədinejad dövründə hökümət səviyəsində də dəstəklənib.

Farsdilli media buradakı nifrət söyləmini görməzdən gəldi. Bu, dünyanın hər yerində olsaydı məhkum olunardı. Amma biz İranda bunu görmədik. Sadəcə qeyri-fars millətlər sosial media və saytları vasitəsilə öz narahatlıqlarını göstərdilər.

Əhəmənilər sülaləsinə mənsub Şah Kir ya Kuroş İran millətçiliyinin ən önəmli simvolu kimi tanınır. 1976-cı ildə Pəhləvi rejiminin Hicri təqvim yerinə rəsmiləşdirdiyi Padşahlıq təqvimində illər Kuroşun təxtə oturduğu tarixdən nömrələnirdi. 1941-ci ildə təxtə oturan İranın son şahı Məhəmməd Rza Pəhləvinin isə Padşahlıq təqviminə görə 2500-cü ildə təxtə oturduğu bildirilmişdi.

Vahid Qarabğlı Phləvilər dönəmində təməlləri qoyulan Ariyanizm anlayışının hələ də İran toplumunda mövcud olduğunu vurğulayır.

O, “Biz Ariya irqindənik, Kuroş bizim atamızdır!” və “Bütün fəlakətlərin mənşəyi ərəblərdir!” kimi şüarların səsləndirildiyi “Böyük Kuroş Günü” tədbirini təhlükəli bir olay kimi dəyərləndirir.

Qarabağlı deyir “biz burada gördük ki, [modern] İran ölkəsi qurulanda necə tərif edilib. İran milli kimliyi bir irq ideologiyası təməlində tərif olunur və bu irq ideologiyasında Ariyaçılıq və fars kimliyi əsas tutulub. Burada Ariya irqi üstün olub, başqaları onun altında görülür... Bu tədbirdə ərəblərə qarşı verilən şüarlar da elə bu irqçi söyləmin içindən çıxır.”

Türk fəal Ariyaçılıq ideyasının nifrət ədəbiyyatı doğurduğunu deyir:

Pasarqad, Şiraz

Pasarqad, Şiraz

“Bu söyləm qeyri-farsları özgələşdirir. Onlara insan kimi baxmır. Onlara qarşı nifrət ədəbiyyatı yaradır... Ərəblər və türklər özlərini bu tərif içində görmədikləri üçün ona qarşı çıxırlar. İranın bu tərifi içində olmadıqları üçün onların haqları da verilmir, irqçiliyə məruz qalırlar.”

İran millətçiləri oktyabr ayının 29-nu Böyük Kuroş Günü adlandırır. Bu ideya prezident Əhmədinejad dövründə hökümət səviyəsində də dəstəklənib.

Onun sözlərinə görə, “Ariyanizm 60 ildir Qərbdə etibarsız bir söyləm olmuşdur. Hitlerin bu ideologiyaya dayanaraq törətdiyi cinayətləri hərkəs bilir. Yəhudiləri qırması kimi.”

Ərəb fəalların Kuroş Günü tədbirində səsləndirilən şüarlara dair yayımladığı bəyanata diqqət çəkən Qarabağlı onların narahatlığının haqlı olduğunu ifadə edir.

“Ərəb fəallar bəyanat yayımlayıb və belə təhlükəli bir ideologiyadan qorxduqlarını bildirdilər... Avropada yəhudilərə qarşı qırğın da bir gündə həyata keçirilmədi. Bir hazırlıq oldu. O hazırlıq dönəmində yəhudilər qeyri-insaniləşdirildilər. Xüsusilə o dövrün Almaniyasında problemlərin səbəbi kimi göstərildilər. Biz indi bunu İranda görürük. Deyirlər ki, türklər və ərəblər İranın tarixini pozmuşlar, İranın mədəniyyətini məhv etmişlər. Ərəb fəalları da bunu bir hazırlıq dönəmi kimi görüb və başlarına gələcəklərdən qorxurlar... Ərəblər onsuz da İranda ən kənarlaşdırılmış cəmiyyətdirlər..,” deyə Vahid Qarabağlı söyləyir.

Kuroş Günü tədbirində ərəblərə qarşı verilən şüarlar irqçi Ariyanizm söyləminin içindən çıxır.

O, iranlı ziyalılar, siyasi qruplar və farsdilli medianın bu məsələ ilə bağlı səssiz qaldığınının yaxşı əlamət olmadığını deyir.

“İranda demokratiya və insan haqlarına ürək yandıran hərkəs bu məsələni danışmalıdır... Təəsüf ki, mən bu mərasimdə olan irqçi şüarlar və nifrət söyləminə qarşı hər hansı tənqidi bir baxış görmədim... Farsdilli media buradakı nifrət söyləmini görməzdən gəldi. Bu, dünyanın hər yerində olsaydı məhkum olunardı. Amma biz İranda bunu görmədik. Sadəcə qeyri-fars millətlər sosial media və saytları vasitəsilə öz narahatlıqlarını göstərdilər.”

XS
SM
MD
LG