Accessibility links

Vahid Qarabağlı: Abbas bəyi həbslərlə susdurmaq istəyirlər


İran Azərbaycanında tanınmış insan haqları fəalı Abbas Lisani mayın 25-də zəmanətə buraxılıb. Tanınmış azərbaycanlı fəal 2011-ci ildə Urmiyə gölünün qurumasına etiraz olaraq təşkil edilən kütləvi nümayişlərə qatılması səbəbilə həbs edilmişdi. Abbas Lisani 2006-cı ildə may ayında karikatura olauyları ilə bağlı kütləvi etirazların önündə olub və buna görə həbs edilmişdi. Güneyli milli fəal Vahid Qarabağlı Amerikanın Səsinin “Amerika icmalı” proqramına müsahibədə Abbas Lisaninin azadlığa buraxılmasının şərtləri, ona qarşı ittihamlar və 2006-cı il May olaylarının 10-cu ildönümü haqda danışıb.

Abbas Lisani 2011-ci ildə nəzarət altında olduğu müddət də nəzərə alınmaqla bir illik həbs cəzasın çəkdikdən sonra mayın 18-də azadlığa buraxılmalı idi. İnsan haqları qrupları tanınmış fəalın azad edilmədiyi üçün aclıq aksiyasına başlaığını bildirmişdi. Vahid Qarabağlı bildirib ki, məhkəmə Abbas Lisani ilə bağlı yeni işə başlamışdı. “Bunun səbəbi onun keçən aylardakə etirazlarla bağlı açıqladığı səs mesajı idi. Abbas bəyi şərti olaraq zəmanətlə buraxmışdılar ki, gələcəkdə onun məhkəmə işinə baxılsın. Hökumət yenə də Abbas bəyi yenə də belə basqı altında saxlamaq istəyir.”

Vahid Qarabağıə azərbaycanlıların dil və mədəni hüquqları uğrunda mübarizəsinin önündə gedən liderlərdən biri olan Abbas Lisaninin tərəfdarlarının müxtəlif təzyiqlərlə üzləşdiyini deyib.

“Keçən aylarda Ərdəbildə keçirilən beş milli fəal Güney Azərbaycanında ayrı-seçkiliyə qarşı keçirilən nümayişlərdə həbs edilb və həbsdədirlər. Abbas bəyin bu hərəkatın liderlərindən biri olmasının əsas səbəbləri onun bu yolda israrlı olması, gizli fəaliyyət göstərməyib, sadəcə türklərin haqları uğrunda göstərdiyi fəaliyyətdir ki, ondan vaz keçmək istəmir, hər zaman bunu dilə gətirir, xalq arasında danışır. Bu isə İran hökumətini narahat edir və Abbas bəyi susdurmaq üçün onu həbs etmək, ailəsinə basqı göstərmək və onun mübarizə yoldaşlarını həbs etməklə Abbas bəyi susdurmaq istəyirlər.”

Abbas Lisani 2006-cı ildə may ayında karikatura olayları ilə əlaqədar keçirilən nümayişlərin önündə olmuş və o zaman da həbs edilmişdi. Vahid Qarabağlı May etirazlarının 10-cu ildönümündə güneyli fəalların hüquqları uğrunda mübarizəni davam etdirmək əzmində olduğunu deyib. “Bu 10 ilin içində biz gördük ki, milli oyanış daha da yayılır. Bundan sonra etirazları yenə də müxtəlif şəkillərdə, müxtəlif mövzularda davam etdirildiyini görürük.”

Güneyli fəal İran hökumətinin etnik azlıqlara münasibətdə siyasətinin dəyişmədiyini qeyd edib. “İran hökumətinin qeyri-fars, özəlliklə də azərbaycanlılar və başqa etnik nümayəndələrə, türklərə qarşı siyasətinin davamını xalq yenə görür. Xalq İran hökumətinin siyasətində hər hansı dəyişikliyi görmür. Ona görə mübarizə davam edir. İnsanların öz haqlarını, milli mədəni haqlarını, ana dilində təhsil almaq haqqını, təbiətin qorunmasını, iqtisadi ayır-seçkliyə və ədalətsizliyə son qoyulması ilə bağlı öz mübarizəsini davam etdirir. Və bu gün millət 10 il öncə olduğundan daha çox ayıqdır və xalq arasında milli şüur daha geniş yayılmışdır.”

XS
SM
MD
LG