Accessibility links

Vahid Rusiya partiyası Vladimir Putinin namizədliyini irəli sürdü

  • Amerikanın səsi

Vahid Rusiya partiyası Vladimir Putinin namizədliyini irəli sürdü

Vahid Rusiya partiyası Vladimir Putinin namizədliyini irəli sürdü

Rusiya baş naziri Vladimir Putin martın 4-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Vahid Rusiya partiyasının nominasiyasını qəbul edib.

Qəbul nitqində cənab Putin adını çəkmədiyi xarici ölkələri müxalifətə maliyyə dəstəyi verməkdə ittiham edib. O, bu pulların "qrantlar" vasitəsilə verildiyini vurğulayaraq, səylərin heç bir fayda verməyəcini bəyan edib.

İki dəfə prezident olduqdan sonra 2008-ci ildə Vladimir Putin hakimiyyəti tərk etmişdi. Lakin ötən sentyabrda o, prezidentliyə qayıtmaq məramını açıqladı. O, prezident seçildiyi halda Dmitri Medvedevi baş nazir təyin edəcəyini bidirib.

Planlaşdırılmış yerdəyişmə bir çox rusları qəzəbləndirib. Bəziləri ölkədə baş qaldıran avtoritar cərəyanlardan və cənab Putinin İosif Stalindən bəri ən uzun müddətli Rusiya lideri olacağından narahatlıqlarını ifadə edirlər.

XS
SM
MD
LG