Accessibility links

Vahid Məhərrəmov: İdxal məhsullarının qiymətləri artacaq [Video-müsahibə]


İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertinin Amerikanın Səsinə müsahibəısi

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov Amerikanın Səsinə müsahibəsində manatın devalivasiyasının bazara təsirləri, idxal mallarının qiymətlərində baş verəcək artımlardan danışıb.

“Azərbaycanda manatın ucuzlaşması nəıticəsində bir sıra ərzaq məhsullarının qiymətlərində artım gözlənilir. Bu da idxal olunan ərzaq və kənd təsərrüfatı mallarına aiddir. Buraya kartof, süd və süd məhsulları, o cümlədən idxal olunan kərə yağı, bitki yağları, və sair məhsullar daxildir”, o qeyd edib.

İdxal olunan məhsullar ABŞ dolları ilə alındığından, həmin məhsulların daxili bazarda qiymətlərinin 30-35 faiz arması gözlənilir.

Ekspert hesab edir ki, idxal olunan məhsullar ABŞ dolları ilə alındığından, həmin məhsulların daxili bazarda qiymətlərinin 30-35 faiz arması gözlənilir.

Onun fikrincə, inzibati metodlarla qiymət artımının qarşısını almaq mümkün deyil.

“Bu sahədə inzibati addımlar atmaq heç vaxt yaxşı nəticə verməyib. İnzibati addımlar atılsa da idxal olunan məhsulların qiymətində artım baş verəcək. Ona gorə ki, idxal olunan mallar dollarla alınır və sahibkar yenidən mal almaq üçün məhsulu müvafiq qiymətə satmalıdır. Bunlar sahibkarları işlərini qiymət artımına uyğun qurmağa məcbur edir”, ekspert bildirib.

Məhərrəmov hökumətin inzibati metodlarla qiymət artımının qarşısını yalnız bir neçə həftə ala biləcəyini düşünür.

Heç bir sahibkar idxal etdiyi məhsulu dəyərindən aşağı qiymətə satmağa razı olmaz.

“Qiymət artımının qarşısını inzibati yolla süni olaraq almaq mümkün deyil. Ona görə ki, heç bir sahibkar idxal etdiyi məhsulu dəyərindən aşağı qiymətə satmağa razı olmaz”.

Ekspert bəzi idxal olunan ərzaq məhsullarının qiymətlərində enmələr də müşahidə etməyi mümkün sayır. İdxal edilən məhsulların qiymətləri dünya bazarındakı qiymətlərdən asılıdır.

Azərbaycanın idxal etdiyi çay, şəkər çuğundurunun və digər kənd təsərrüfatı mallarının qiymətində son zamanlar artım müşahidə edilməkdədir.

“Neftin qiymətinin düşməsi neft idxal edən Çin və Hindistan kimi böyük ölkələrin gəlirlərində ciddi artım yaradıb. Həmin ölkələrin əhalisi dünya bazarından yüksək kalorili məhsulların idxalında maraqlıdır. Bu da ətin, süd və süd məhsullarının, digər yüksək kalorili məhsulların qiymətində ciddi artıma səbəb olub. Bu da öz növbəsində ümumi bazara, o cümlədən Azərbaycan bazarına təsirini göstərib. İndi Azərbaycanın idxal etdiyi çay, şəkər çuğundurunun və digər kənd təsərrüfatı mallarının qiymətində son zamanlar artım müşahidə edilməkdədir”, Məhərrəmov bildirib.

O son dünyada kartof istehsalında artım müşahidə edildiyini deyib.

“Amma təəssüf ki, Azərbaycanda qiymətlərdə bu müşahidə edilmir. Bizim qonşu ölkələrdə də kartof istehsalı artıb”, o qeyd edib.

XS
SM
MD
LG