Accessibility links

Vaşinqton abidəsində bərpa işləri davam edir

  • Amerikanın səsi

Vaşinqton abidəsində bərpa işləri davam edir

Vaşinqton abidəsində bərpa işləri davam edir

Vaşinqtonda mühəndislər keçən ay baş vermiş zəlzələ nəticəsində zədə dəymiş Vaşinqton abidəsinin nə zaman içtimaiyyətə açılacağını bu gün mediaya bildirəcəklər.

Milli Park İdarəsinin məlumatına görə, 170 metrlik sütunun üzərindəki zədələrin aradan qaldırılması davam edir. Abidə ABŞ ilk prezidenti Corc Vaşinqtonun şərəfinə ucaldılıb.

İlkin yoxlamalar göstərmişdi ki, avqustun 23-də 5.8 bal gücündə baş vermiş zəlzələ abidədə ciddi çatlar yaradıb.

Milli Park İdarəsinin sözçüsü bildirib ki, qışa hazırlır proses çox vacibdir, çünki rəsmilər qış fəslində yağış və qar sularının abidənin içərisinə tökülməsinin qarşısını almağa çalışır.

XS
SM
MD
LG