Accessibility links

Vaşinqton İnstitutunun eksperti ilə Türkiyədə seçkilər barədə müsahibə


Vaşinqton İnstitutunun eksperti ilə Türkiyədə seçkilər barədə müsahibə

Vaşinqton İnstitutunun eksperti ilə Türkiyədə seçkilər barədə müsahibə

Türkiyənin Millətçi Hərəkat partiyasının sədri Dövlət Baxçalı partiyasının nüfuzunu sarsıdan kaset skandalı ilə bağlı “Türkiyə siyasətində hələ bu qədər əxlaqsız bir dönəm olmadığını” deyib. Kaset skandalı 12 iyun seçkilərinə təsir edə bilərmi?

Seçkilərin gözlənilən nəticələrini dəyərləndirən Vaşinqton İnstitutunun Türkiyə proqramının direktoru Söner Çağaptay bunun partiyanı çətin vəziyyətə saldığını deyib. Soner Çağaptay hesab edir ki, 12 iyun parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının qazanacağı səslərdənsə, Milli Məclisə daxil olacaq partiyalarla müəyyən ediləcək millət vəkillərinin təmsilçiliyi daha mühümdür. Millətçi Hərəkat partiyasının (MHP) əldə edəcəyi nəticələrin həlledici olacağı məlumdur.

Vaşinqton İnstitutunun Türkiyə proqramının direktoru Soner Çağaptay partiyanı sarsıdan kaset skandalını çirkin əməl kimi qiymətləndirib və bunun partiyanı çətinliklərlə üzləşdirdiyini bildirib. Çağaptay bununla yanaşı seçkilərin Türkiyə siyasətinə təsirini tam şəkildə söyləməyin çətin, başqa sözlə gözləmək lazım olduğunu deyib. Təhlilçi AKP-nin üçüncü dəfə qələbə əldə edərək, iqtidarda qalmasının ölkəni liberal kursdan uzaqlaşdıracağını bildirir. “Ədalət və İnkişaf partiyası populyarlaşdıqca, onun mötədil retorikadan uzaqlaşıb-uzaqlaşmadığı suallar doğurur. Bu isə güclü bir partiyanın mötədillik yolunda irəliləməməsi baxımından müsbət işarə deyil” .

XS
SM
MD
LG