Accessibility links

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq


Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq

Oktyabrın 2-də ənənəvi Türk Festivalında Ankaranın meri Melih Gökçek və Vaşinqtonun meri Vinsent Qrey iştirak edəcək

ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq. Bu il Türk Festivalında Ankaranın meri Melih Gökçek və Vaşinqtonun meriVinsent Qrey iştirak edəcəklər.

Bu münasibətlə bu il 9-cu Türk Festivalına Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer də qatılacaq.

Vaşinqtonda hər il keçirilən Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir.

Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri nümayiş etdirilir.

ABŞ-da Azərbaycan diaspor təşkilatları Vaşinqtonun ən böyük mədəni tədbirlərindən biri olan Türk Festivalında fəal iştirak edir. Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi yerləşdirilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG