Accessibility links

Vaşinqton Yaxın Şərq və Şimali Afrika millətlərinə demokratiya quruculuğunda yardım edəcək

  • Amerikanın səsi

Yaxın Şərq və Şimali Afrikanı bürüyən siyasi dəyişikliklər dalğası insanların hüquqlar, azadlıq, iqtisadi ümid və ləyaqət istəyindən qaynaqlanır. “Bu prinsiplər uğrunda mübarizə aparan hər kəs bizim kollektiv dəstəyimizə layiqdir,” deyə ABŞ dövlət katibi Hillari Klinton bildirib.

Ərəb Baharının baş verdiyi hər ölkədə dəyişiklik bir cür baş verir. Liviyada BMT Təhlükəsizlik Şurası Dəstək Missiyasının mandaını uzatmaq və yeniləməyə səs verib ki, bu, da beynəlxalq ictimaiyyətin davamlı öhdəliyini əks etdirir. ABŞ BMT-nin Liviyada üsyançı qüvvələri peşəkar orduya və dinc cəmiyyətə inteqrasiya etmək səylərini dəstəkləyəcək. ABŞ həmçinin Liviyaya sərhədlərindən silah ötürülməsi, qaçaqmalçılıq və ekstremizmə qarşı mübarizədə kömək edəcək. “Sonda, Liviyada müvəffəqiyyətin meyarı diktatorun ölümü yox, uğurlu, stabil və azad millətin doğuluşu olacaq,” deyə Klinton bildirib.

Yəməndə ötən ay keçirilən prezident seçkiləri və inaqurasiya mərasimi Yəmən tarixində yeni səhifənin açılmasına doğru ümidverici addım idi. ABŞ Yəmənə bir neçə il sürəcək islahatlarında, milli dialoq qirmaqda, konstitutsiyasını yeniləməkdə və siyasi prosesini sahmana salmaqda yardım edəcək.

Suriyada rejimin zorakılıqları və mülki vətəndaşların qətlləri pisləşir. Dövlət katibi Klintonun sözlərinə görə beynəlxalq ictimaiyyət bir səslə heç bir tərəddüdsüz deməlidir ki, günahsız suriyalıların qətlləri dayanmalı və siyasi keçid başlanmalıdır.” Suriya xalqı Tunis, Misir, Liviya və Yəmən xalqlarının əldə etdikləri imkanlara layiqdirlər.

Beynəlxalq ictimaiyyətin geniş mənada missiyası bütün Yaxın Şərq və Şimali Afrika millətlərinə demokratiyaya keçiddə kömək etməkdir. Bundan əlavə, qadınlar cəmiyətin bütün aspektlərinə cəlb olunmalıdırlar.

“Millətlər toplumu olaraq biz əlimizdən gələni etməliyik ki, Yaxın Şərq və Şimali Afrikada hüquqlar və azadlıqlar uğrunda bu qədər riskə getmiş insanlar arzuladıqlarını əldə etsinlər,” deyə Hillari Klinton bildirib.

XS
SM
MD
LG