Accessibility links

Vaşinqtonda ABŞ-Rusiya “Reset” siyasəti müzakirə olunub


Corc Vaşinqton Universitetinin Elliott adına Beynəlxalq Əlaqələr məktəbində Ponars Avrasiyanın təşkilatçılığı ilə “ABŞ-Rusiya əlaqələrində “Reset” siyasəti gələcəyi” mövzüsunda konfrans keçirilib. Konfransının məruzəçiləri Odessa Dövlət Universitetindən Vladimir Dobovik, Harvard Universitetindən Dmitri Qorenburq, Moskva Dövlət Universitetindən Yuliya Nikitina, o cümlədən bir neçə başqa ekspert olub.

Konfransı giriş sözü ilə açan Tartu Universitetinin professoru Vyaçeslav Morozov 2008-ci ildən başlamış “Reset” siyasətinin tarixinə qısaca nəzər salıb.

Daha sonra, Odessa Dövlət Universitetindən Vladimir Dobovik "Reset" siyasətin başlıca konsepsiyasını sadalayaraq, bu siyasətə skeptik yanaşdığını bildirib. Onun sözlərinə görə, "Reset" siyasətinin Rusiya üçün heç bir müsbət nəticəsi olmayıb və bu, əsasən Amerikaya xidmət edib.

Harvard Universitetinin professor Dmitri Qorenburq hesab edir ki, Rusiya ilə ABŞ arasındakı əlaqələr ideal dövlət spesifikası ilə köklənməməlidir. Cənab Qorenburqun fikrincə, interaktiv planlaşdırma perspektivi hər iki ölkə üçün təhlükəsizlik məsələlərində inkişafa gətirib çıxara bilər. “Rusiya ilə tərəfdaşlıq dünyanın bir çox regionunda - Qafqaz, Orta Asiya, Yaxın Şərq, Şərqi Avropada stabilliyə xidmət edər. Bu tərəfdaşlıqla habelə, Çinin beynəlxalq sistemə çıxarılmasına nail olmaq olar. Rusiya ilə yaxın əməkdaşlıq həm də bu ölkənin ehtiyatlarına çıxış imkanı verə bilər. Yalnız təbii ehtiyatlarına yox, həm də insan resurslarına.”

Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Yuliya Nikitina siyasi dialoqlar zamanı tərcümələrin yaratdığı anlaşılmazlıqlardan danışıb.

Nijni Novqorod Dövlət Universitetindən ekspert Mixail Rixtik "Reset" siyasətinin genişləndirilməsindən danışıb. Onun sözlərinə görə, bu məqsədlə yeni gündəlik hazırlanmalıdır. Cənab Rixtik həmçinin, ortaq maraqlara xidmət edən danışıqların genişləndirilməsini təklif edib. “Həm Rusiya, həm də Amerika prezidenti daxili siyasətdə uğur qazana bilmədi. Ona görə də, onlar xarici siyasətə üz tutub. Rusiya prezidenti Dmitri Medvedevin şəxsi uğura ehtiyacı var və ABŞ-ın köməyi ilə o, daxili innovativ iqtisadiyyatı dirçəldə bilər”.

Mixail Rixtik ümumilikdə "Reset" siyasətinin müsbət addım olduğunu bildirib.

Moskva Dövlət Universitetinin digər eksperti Mixail Troitskiy ABŞ-Rusiya əlaqələrində təhlükəsizlik dilemmasından danışıb. O, təhlükəsizlik dilemmasının beynəlxalq əlaqələrdə geniş yayılmış siyasi fenomen olduğunu bildirib. Ekspert deyib ki, hazırda Rusiya ilə ABŞ arasında başlıca mübahisələrdən biri raketlərdən müdafiə ilə bağlıdır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG