Accessibility links

Forumda “20 il uğurlu əməkdaşlıq təcrübəsi: gələcəyə baxış”, “Tərəfdaşlığımızın əsas istiqamətləri: Xəzər hövzəsində enerji və təhlükəsizlik” mövzularında müzakirələr aparılacaq.

Vaşinqtonda 30-dək senator və konqresmenin iştirakı ilə “Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər” adlı konfrans keçiriləcək. Forumda “20 il uğurlu əməkdaşlıq təcrübəsi: gələcəyə baxış”, “Tərəfdaşlığımızın əsas istiqamətləri: Xəzər hövzəsində enerji və təhlükəsizlik” mövzularında fikir mübadiləsi aparılacaq.

Azərbaycan parlamentinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı münasibətlərin inkişaf yoluna nəzər salınacaq.
Mətbuat xidməti bildirir ki, Milli Məclisin Sevinc Fətəliyeva, Ceyhun Osmanlı və Cavanşir Paşazadə də Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaq.
Mayın 1-də və 3-də isə deputat Asim Mollazadə İllinoys və Luiziana ştatlarında olacaq, burada Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq.

XS
SM
MD
LG