Accessibility links

Vaşinqtonda Azərbaycanın Respublika günü qeyd edildi


Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqların təbriklərini qəbul edir
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqların təbriklərini qəbul edir

Tədbirdə ABŞ konqresmenləri, ABŞ Dövlət Departamentinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və başqa qonaqlar iştirak edirdi

Mayın 24-də Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi Azərbaycanın Respublika günü münasibətilə Konqresin Kannon binasında tədbir keçirilmişdir. Tədbirdə ABŞ konqresmenləri, ABŞ Dövlət Departamentinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və başqa qonaqlar iştirak edirdi.

Toplaşanları salamlayan Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətini vurğuladı. “Azərbaycan ABŞ-ın təbii müttəfiqidir və biz sülh və sabitliyin bərqərar olması üçün iş görürük və görməyə davam edəcəyik. Azərbaycan Birləşmiş Ştatların geniş bir regionda sülhümühafizə səylərini dəstəkləmək üçün əlindən gələni etməyə davam edəcək.”-deyə səfir Yaşar Əliyev bildirdi. Səfir Əliyev Azerbaijanın öz təbii ehtiyatlarını qərbə açan ilk ölkə olduğunu bildirdi. O, Azərbaycanın Respublika gününü qeyd etmək üçün Amerika konqresmenlərinin tədbirdə iştirakını xüsusi qeyd etdi. O dedi ki, Respublika gününün belə bir möhtəşəm binada qeyd edilməsi özü-özlüyündə böyük əhəmiyyət daşıyır.

Səfir Yaşar Əlieyvdən sonra toplanşanlara müraciət edən ABŞ Konqresmeni Bil Şuster Azərbaycanı Birləşmiş Ştatların ən yaxın müttəfiqlərindən biri adlandırdı. Konqresmen dedi ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan üzünü ABŞ-a tutdu və müttəfiq ölkə oldu. O bildirdi ki, Azərbaycan bu müttəfiqlik münasibətlərini azad və müasir demokratik ölkə olmaq üçün qoruyub saxlayır. “Demokratiya qurulucuğu asan iş deyil”-deyən konqresmen Şuster ABŞ-da demokratiyanın uzun sürən proses nəticəsində yaradıldığını bildirdi. Konqresmen Şuster Azərbaycanın sentyabrın 11-i Birləşmiş Ştatlara terror hücumlarından sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu xüsusi qeyd etdi. ABŞ kongresmeni Azərbaycanın çətin qonsuları olduğunu dedi. O bildirdi ki, Konqresdə ABŞ qanunvericiləri ilə Azərbaycana qarşı 907-ci düzəlişin aradan qaldırılması istiqamətində iş davam etdirilir. Konqresmen Şuster Amerikanın səsinə bildirdi ki, Azərbaycan ABŞ-ın dünyada ən yaxşı müttəfiqlərindən biridir və bunu illərdir dəfələrlə sübut edib. “Azərbaycan stretji baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Bu, təkcə onun cografi mövqeyi ilə izah edilmir, ölkənin təbii neft və qaz ehtiyatlarına malik olması onun dünya iqtisadiyyatı üçün əhəmiyyətini artırır. “-deyə konqresmen Şuster bildirdi.

Daha sonra tədbirqə Vaşinqton şəhərinin meri Edriyen Fentinin Azərbaycanın Respublika günü münasibətilə təbriki oxundu.

XS
SM
MD
LG