Accessibility links

Vaşinqtonda Çin-Amerika münasibətləri müzakirə edilir


Vaşinqtonda Çin-Amerika münasibətləri müzakirə edilir
Vaşinqtonda Çin-Amerika münasibətləri müzakirə edilir

ABŞ dövlət katibi Hillari Klinton Çin və Amerikanın münaqişədənsə, əməkdaşlığa hazır olduqlarını deyib. O bildirib ki, sülh və rifah naminə yaxşı sözlər konkret əməllərə tərcümə edilməlidir. İki günlük Vaşinqton görüşü zamanı xanım Klinton insan hüquqlarına ehtiram göstərən ölkələrin uğurlu və sabit ölkələr olduğunu bildirib. İnsan hüquqları, Çinin valyutası və market məsələləri müzakirə edilən bu görüş Pekinin dissidentlərə qarşı zorakılıqlarından sonra keçirilir. ABŞ Çini valyutasının dəyərinin müəyyən edilməsində bazar iqtisadiyyatının rolunun arıtırılmasına çağırır. Çin isə Amerikanın borcları və ABŞ Konqresinin hökumətin borclarına məhdidyyətlər tətbiq etməsi ilə bağlı narahatlığını bildirir.

XS
SM
MD
LG